Icma.az
close
up
RU
Bakı Zooparkında niyə panda yoxdur? Səbəb

Bakı Zooparkında niyə panda yoxdur? Səbəb

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Zooparkında heyvanlar artırılaraq qoruqlara təhvil verilir.

Globalinfo.az bildirir ki, bu barədə Zooparkın icraçı direktorunun müavini Azər Hüseynov Modern.az-a açıqlamasında məlumat verib.

O, Bakı Zooparkında panda kimi qeyri-adi heyvanın olmadığına aydınlıq gətirib. Deyib ki, panda Çinin milli mülkiyyəti hesab olunduğuna görə satılmır.

“Bu heyvanı asanlıqla əldə etmək mümkün deyil. Yalnız icarəyə götürmək olar. Hər bir panda üçün təxminən 500.000 – 1.000.000 ABŞ dolları illik icarə haqqı tələb olunur. Bu məbləğ 10 illik müqavilə əsasında hesablanır. Yemlənməsi də Çin mütəxəssislərinin təsdiqi ilə bambukla aparılır.

Məsələn, Moskva Zooparkında panda var. Zooparkımızın panda icarə etməsi üst qurumların qərarı ilə mümkündür”.

A.Hüseynovun sözlərinə görə, Bakı Zooparkında adı “Qırmızı kitab”da olan heyvanlardan nəcib maral, qu quşu, qutan, qızıl qaz, ceyran bəslənilir.

“Heyvanların nəsil davamı çoxluq yaradanda təbiətə buraxılır. Nadir heyvanların artımlarını Qarabağ və Zaqatala qoruqlarına təhvil vermişik. Qayğısına qalırıq. Azalma təhlükəsi yoxdur. Balalamaya görə, hətta yerimiz bəs etmir. Şamaxı Safari Parkı ilə heyvan mübadiləsində əməkdaşlığımız var”.

Zoopark rəsmisi deyib ki, heyvanların qida təminatı yüksək səviyyədə yerinə yetirilir. Tender yolu ilə, gigiyenik şəraitə riayət edən kəsim sexləri ilə rəsmi iş birliyi qurulub:

“Zoopark nəsli tükənməkdə olan heyvanların artırılması və təbiətə geri qaytarılması ilə məşğuldur. Həm də insanların təbiətlə tanışlığı və maarifləndirilməsi məqsədimiz var.

Gürcüstan, Rusiya, Özbəkistan, Qazaxıstan, Hindistan, Ukrayna, Almaniya, Çexiya, Slovakiya, İzraillə əməkdaşlığımız var.

Bakı Zooparkında müxtəlif qitələrdən heyvanların Azərbaycandakı iqlimə adaptasiya edilərək yaşaması mümkündür. Amur pələnginin yeri Şimal qütbüdür. Burada normal tərzdə bəsləyirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:470
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri