Bakıda 11 marşrutun bu dayanacağı dəyişidirildi
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Bakının Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində 11 marşrut üzrə avtobusların bəzi dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq.
Bu barədə Modern.az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
AYNA-dan bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinliyin yaranacağı nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.
Qeyd olunub ki, avqustun 11-dən etibarən sözügedən marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Avqust 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















