Icma.az
close
up
RU
Bakıda 12 ci Beynəlxalq Yoqa Günü münasibətilə xüsusi yoqa sessiyası təşkil olunub

Bakıda 12 ci Beynəlxalq Yoqa Günü münasibətilə xüsusi yoqa sessiyası təşkil olunub

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 21-də Hindistanın Bakıdakı səfirliyi 12-ci Beynəlxalq Yoqa Günü münasibətilə xüsusi yoqa sessiyası təşkil edib.

XQ xəbər verir ki, Hindistan səfirliyində təşkil olunan sessiyada çıxış edən səfir Abhay Kumar sağlam qocalmanın sağlam həyat tərzi ilə başladığını bildirib. Onun sözlərinə görə, yoqanı gündəlik həyatımıza daxil etməklə biz uzunmüddətli fiziki və psixoloji rifahımıza sərmayə yatırmış oluruq. Bu da həyatın hər mərhələsində daha fəal, məhsuldar və balanslı yaşam sürməyimizə imkan yaradır.

"Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yoqanın geniş yayılması onun mədəni, dil və coğrafi sərhədləri aşmaq qabiliyyətini nümayiş etdirir. Yoqa sağlamlıq, sülh və harmoniya axtarışında insanları bir araya gətirən həqiqətən qlobal bir hərəkata çevrilib. Bu baxımdan yoqa yalnız fərdi rifaha deyil, həm də icmalar və xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir.

Bu gün Beynəlxalq Yoqa Günü dünyanın hər yerində böyük coşqu ilə qeyd olunur və siz də bu bayramın bir hissəsinə çevrildiniz. Milyonlarla insan ictimai məkanlarda, təhsil müəssisələrində, iş yerlərində və simvolik məkanlarda təşkil olunan yoqa məşğələlərində iştirak edib. Bu, yoqanın universal cəlbediciliyini, onun müxtəlif mədəniyyətlər və icmalar arasında sağlamlığın, rifahın, harmoniyanın təşviqində artan rolunu bir daha nümayiş etdirir.

Beynəlxalq Yoqa Günündə bir araya gələrək, yoqanın təcəssüm etdirdiyi balans, şüurluluq, mərhəmət və harmoniya kimi dəyərləri mənimsəyək və onları gündəlik həyatımızda yaşadaq. Bununla biz təkcə öz rifahımıza deyil, həm də daha sağlam və dayanıqlı icmaların formalaşmasına töhfə verə bilərik”, – deyən səfir fikirlərini yekunlaşdırıb.

Sonra yoqa müəllimləri Elçin Quliyev (Klassik Yoqa Məktəbi) və Kənan Məmmədovun (Art of Living) rəhbərliyi ilə seanslar keçirilib.

Tədbir çərçivəsində iştirakçılara yoqa köynəkləri, ardınca isə ləziz təamlar təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2026 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri