Icma.az
close
up
RU
Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi

Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bakıda yetkinlik yaşına çatmayan qızı hədələyərək bir kiloqrama yaxın qızıl və xeyli pul alan şəxs həbs edilib.
Bizim.Media publika.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Süleyman Vəzirov küçəsində baş verib.
Cəlilabad rayonu Göytəpə qəsəbə sakini 2003-cü il təvəllüdlü Elgiz Məmmədov İnstaqram sosial şəbəkəsində tanış olduğu 13 yaşlı Həliməni (şərti adlı) hədələyərək ondan külli miqdarda qızıl və pul alıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Elgiz sosial şəbəkədə Heydər Əliyev adına liseyin 7-ci sinif şagirdi olan qızla tanış olub və onu sevdiyini deyib. Onlar aprelin 17-də məktəbin qarşısında görüşüblər və 21 yaşlı oğlan 13 yaşlı qıza xoş sözlər deyib, onu sevdiyini, çox bəyəndiyini bildirib. 3 gün sonra Elgiz Həliməyə 8-ci kilometr bazarında ayaqqabı mağazası açmaq istədiyini deyərək ondan 1000 manat borc pul istəyib. Elgizin xoş sözlərinə inanan yeniyetmə evdən gizli şəkildə 1000 manat götürərək ona verib.


Bir neçə gün sonra qız pulu geri istədikdə Elgiz onu hədələməyə başlayıb və birgə çəkilmiş fotolarını İnstaqramda yayacağını deyib. O, 13 yaşlı qızı hədələyərək pul tələb etməyə başlayıb.
Rüsvay olacağından qorxan məktəbli qız evdəki seyfdən 3 min dollar, 1500 manat və bir kiloqrama yaxın qızılı oğurlayaraq yaşadığı binanın dəhlizində Elgizə verib.
Nəticədə Həlimənin anasına 82 min manata yaxın maddi ziyan dəyib.
Elgiz də həmin qızıl və pullardan istifadə etməklə özünə yeni biznes qurub və mağaza açıb.
Yeniyetmənin anası evdəki seyfdən oğurluq olmasını bildikdən sonra hüquq mühafizə orqanlarına məlumat verib. Qısa vaxt sonra yeniyetmə qız hər şeyi etiraf edib və seyfdə olan pul və qızılları Elgizə verdiyini deyib.
Polisin keçirdiyi tədbirlərlə Elgiz Məmmədov tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 178 (Dələduzluq əməli) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli hökmü ilə Elgiz Məmmədov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see131

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see130

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see127

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see124

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see122

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see121

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see120

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see118

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see118

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see117

“Xəyanət olunub, mən də etmişəm” deyən Nüşabə Musayeva danışdı

11 Aprel 2025 13:44see115

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see115

Türkiyə Superliqası: Qalatasaray 3 xalı 2 qolla qazandı

11 Aprel 2025 23:08see114

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see113

“Sabah”ın prezidenti: Əliyar Ağayev meydandadır və epizodu görməyə bilər, bəs VAR niyə görmür? VİDEO

11 Aprel 2025 12:52see111

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see111

BANK KARTLARINDANKI PULLARIMIZ NECƏ OĞURLANIR? Ekspert şok detalları AÇIQLADI

11 Aprel 2025 16:22see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri