Bakıda 15 İyul şəhidləri anılıb
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakıda 15 İyul – Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümünə həsr olunmuş “İradə bizim, zəfər bizim” adlı tədbir keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
XQ xəbər verir ki, tədbirdə şəhidlərin xatirəsi anılıb, Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndirilib.
Birol Akgün və Əhliman Əmiraslanov çıxış edərək, 15 İyul hadisələrinin Türkiyə dövlətçiliyinin və xalq iradəsinin təntənəsi kimi tarixə düşdüyünü vurğulayıblar.
Sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Demokratiya və Milli Birlik Gününə həsr etdiyi videoçarx nümayiş olunub.
Daha sonra Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar məruzə ilə çıxış edib.
Sonda şəhidlərin ruhuna dualar oxunub, sərgi ilə tanışlıq olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 15 İyul 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















