Bakıda 170 minlik iPhone atan şəxs yenidən hakim qarşısında
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda dələduzluqda təqsirləndirilən Ramin Ağayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
"Cebheinfo.az" Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.
İttihama görə, Ramin Ağayev iş üzrə zərərçəkmiş olan 6 tanışına özünü işgüzar şəxs kimi təqdim edib, onlara "iPhone 14 Pro Max" markalı mobil telefonlar alıb ona verdikdən sonra baha qiymətə sataraq gəlir əldə edəcəklərinə inandırıb. O, 2023-cü ildə müxtəlif vaxtlarda zərərçəkmişlərin ümumilikdə 176 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Ağayev 4 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:110
Bu xəbər 21 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















