Icma.az
close
up
RU
Bakıda 2 ci Azərbaycan Halal Biznes Forumu keçirilir YENİLƏNİB/FOTOLAR

Bakıda 2 ci Azərbaycan Halal Biznes Forumu keçirilir YENİLƏNİB/FOTOLAR

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Bakıda Azərbaycan Halal Biznes (AZHAB) Forumu keçirilir. Bu il ikincisi təşkil olunan forum “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub. SİA xəbər verir ki, Forumda 30-dan çox ölkədən rəsmi şəxslər, ekspertlər, akademik dairələrin nümayəndələri, iş adamları iştirak edir.

AZHAB Forumunun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, “ATENA” MMC-nin və “Bilgə Qrup”un sponsorluğu ilə keçirilir.

Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə öz işinə başlayıb.

Forumun açılışında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk, İslam İnkişaf Bankının Malayziyadakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Çıxışçılar ticarət və investisiya sahəsində əməkdaşlıq imkanları, idxal-ixrac məsələləri, beynəlxalq bazarlarda rəqabət, halal sənayenin potensialı və trendlər, müvafiq sahədə innovasiya və texnologiyaların rolu, halal məhsul və xidmətlərin sertifikatlaşdırılması barədə fikirlərini bölüşüblər.

Forum çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyənin “Bilişim Vadisi” ilə KOB-ların yaşıl keçidinə dəstəyə dair, eləcə də Malayziyanın “Berhad” Halal İnkişaf Korporasiyası ilə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalayıb.

Konfrans və sərgi olmaqla iki hissədən ibarət olan forumun sərgi hissəsində isə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və s. ölkələrdən olan 30-a yaxın şirkətin məhsul və xidmətləri nümayiş olunur. Sərgi oktyabrın 8-dək davam edəcəkdir. AZHAB Forumu panel müzakirələrlə davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri