Icma.az
close
up
RU
Bakıda 20 min bina söküləcək AÇIQLAMA

Bakıda 20 min bina söküləcək AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ölkədə istismar müddəti başa çatmış çoxmərtəbəli yaşayış binalarının əsaslı şəkildə yenilənməməsi, yalnız fasad və zirzəmi səviyyəsində təmir işləri ilə kifayətlənilməsi ciddi suallar yaradır. Bu yanaşma binaların zahiri görünüşünü yaxşılaşdırsa da, onların konstruktiv dayanıqlılığı və təhlükəsizlik səviyyəsi ilə bağlı riskləri aradan qaldırmır.
Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, Bakı-Abşeron zonasında təxminən 16 min, ölkə üzrə isə 20 mindən artıq çoxmərtəbəli bina Sovet dövründə inşa olunub və onların istismar müddəti artıq bitib.
“Əslində, bu rəqəm 22–23 minə qədər çata bilər, yəni sayı olduqca böyükdür. Bu binaların təhlili aparılmalıdır, çünki faktiki olaraq istismar müddətləri bitib və onların gündəmdə qalması zamanla bağlıdır. Çox güman ki, hamısının birdən sökülməsi üçün ölkədə ciddi resurslar yoxdur və tikinti şirkətlərinin cəlb olunması mümkün deyil. Növbəti 10 il ərzində bu binaların demək olar ki, dövrədən çıxması mütləqdir, çünki getdikcə qəzalı vəziyyətə çevrilirlər. Hazırda Fövqaladə Hallar Nazirliyinin məlumatına görə, 1100 bina qəzalı və qismən qəzalı vəziyyətdədir; onlardan təxminən 190 bina bir il öncə yaşayış üçün təhlükəli kimi qeydə alınıb. Qalan binaların, xüsusilə regionlardakı binaların da təhlil olunması lazımdır”, – deyə o qeyd edib.
Elnur Azadovun sözlərinə görə, mövcud vəziyyətdən çıxış yolu mərhələli və sistemli söküntü proqramının tətbiqidir:
“Daha adekvat və faydalı yanaşma üçün istismar müddəti bitmiş binaların ünvanları cəmiyyətə açıqlanmalıdır ki, həm vətəndaşlar məlumatlı olsun, həm də tikinti şirkətləri həmin ünvanlara yaxınlaşaraq razılaşmalar apara bilsinlər. Hazırda tikinti şirkətləri təsadüfi ünvanları seçir, şəhərsalma və digər orqanların razılığından sonra vətəndaşlarla əlaqə saxlayırlar. Bu zaman vətəndaşların seçim imkanı olmur və onlar məcburən həmin şirkətlə razılaşmaq məcburiyyətində qalırlar. Amma tender şəklində elan olunduqda, vətəndaşlar şirkətləri seçə bilər və kompensasiyanın daha münasib formasını qəbul edə bilərlər”.
Qeyd olunur ki, istismar müddəti başa çatmış binaların vaxtında qiymətləndirilməsi və mərhələli şəkildə yenilənməsi həm sakinlərin təhlükəsizliyinin təmin olunması, həm də şəhərsalma siyasətinin daha effektiv qurulması baxımından vacib hesab olunur.
Əfsanə Kamal 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Fevral 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri