Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Səbail rayonundakı 1825-ci ilə aid binada yerləşən körpələr evi-uşaq bağçasının təmirsiz vəziyyəti sakinləri təngə gətirib.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bağçanın sanitar qovşağından axan çirkab sular sakinlərin mənzillərini yararsız hala salıb. 8 ailənin yaşadığı mənzilin ikinci mərtəbəsində fəaliyyət göstərən uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğu bildirilib.
Adil İsgəndərov 17 ünvanında yaşayan Rəsmiyyə Bədəlova deyir ki, bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət olunub.
Sakinlər küləkli havada evdən bayıra çıxa bilmədiklərini deyirlər.
Onlar iddia edirlər ki, bağçanın eyvanındakı çərçivələr və şüşələr havalar dəyişdikdə təhlükəli vəziyyət yaradır.
Ətraflı süjetdə:
Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 24 May 2025 02:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















