Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin Görüntüləri
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə anlarını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb.
Görüntülərdən məlum olur ki, Binə qəsəbəsinin mərkəzi hissəsindəki Ə.İsazadə küçəsindəki binanın qarşısında 1986-cı il təvəllüdlü Müseyib Əhmədov 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəni yerə yıxaraq çoxsaylı xəsarətlər yetirib.
Bıçaqlanan qadını onun əlindən hadisə şahidləri çətinliklə alıblar və Fatimə xəstəxanaya çatdırılıb. Lakin onun həyatın xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən F.Rəhmanzadənin həyat yoldaşı 1986-cı il təvəllüdlü Museyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Baxış sayı:158
Bu xəbər 07 Oktyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















