Bakıda 30 min manat dəyərində qapı və kondisionerlər oğurlandı FOTO VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Digər bir tədbirlə Nizami rayonunda “VAZ” markalı iki avtomobilin akkumlyatorlarını oğurlayan 44 yaşlı Pərviz Allahverdiyev polislər tərəfindən saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Baxış sayı:133
Bu xəbər 05 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















