Bakıda 30 min manatlıq qapı və kondisionerləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Bakıda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb. Rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Digər bir tədbirlə Nizami rayonunda VAZ markalı iki avtomobilin akkumulyatorlarını oğurlayan 44 yaşlı Pərviz Allahverdiyev polislər tərəfindən saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bakıda 30 min manatlıq qapı və kondisionerləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda 30 min manatlıq qapı və kondisionerləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Noyabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















