Bakıda 32 yaşlı şəxs 11 kq narkotik vasitə ilə saxlanılıb
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Nəsimi rayonunda 32 yaşlı şəxs 11 kq narkotik vasitə ilə saxlanılıb.
Reyting.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bakıda avyomobildə 32 kq narkotik aşkarlanıb VİDEO
12 Mart 2025 10:49
Avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb
20 Mart 2025 12:36
Sumqayıtda 38 yaşlı şəxs 20 kiloqram narkotik vasitə ilə saxlanılıb AZƏRTAC
17 Yanvar 2025 14:19
Bakıda 32 yaşlı qadını şantaj edən şəxs saxlanılıb Yenə sosial media, yenə fotolarla
06 Fevral 2025 12:02
Alma yükündən 32 kq narkotik vasitə aşkar edildi
02 Dekabr 2024 15:16

