Icma.az
close
up
RU
Bakıda 37 milyonluq parkı kim tikir? Abit Əliyevlə Şahin Verdəliyev anlaşması

Bakıda 37 milyonluq parkı kim tikir? Abit Əliyevlə Şahin Verdəliyev anlaşması

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verildiyi kimi, Bakıda dəyəri 37 milyin manat olan yeni parkın inşasına başlanılacaq. Tribunainfo.az xəbər verir ki, bununla bağlı keçirilən tenderin nəticələri dünən açıqlanıb.
Məlum olub ki, sifarişçi Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC –dir. Park isə Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı olacaq. Yəni, S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq.
Tenderin qalibi “VEST-LTD” QSC-dir və bu şirkətlə 37.230.105,82 manatlıq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində 18.02 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, ev 18 olan MMC-nin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi isə Əliyev Abit Sadiq oğlu.
Açıq mənbələrdə qeyd edilir ki, Abit Əliyevin karyerasında əsaslı dönüş Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı olanda baş verib. Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin olunur. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Abit Əliyev isə Gəncədə olduğu kimi, Sumqayıtda da daşıdığı rəsmi vəzifədən əlavə, Eldar Əzizovun sağ əli rolunu kifayət qədər ustalıqla oynayıb.
Maraqlıdır ki, Gəncədəki kimi, Sumqayıtda da şəhərin təmizlik işləri qalmışdı bir yana. Abit Əliyev Sumqayıtda da birbaşa tikinti işlərinə nəzarət edirdi. Eldar Əzizovun Sumqayıt dönəmində şəhərdə yağışdan sonra göbələk kimi çoxalan bütün yeni hündürmərtəbəli bina tikənlər məhz Abit Əliyevin vasitəsi ilə şəhər merindən razılıq əldə ediblər.
Buildirək ki, Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirib. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu. Və “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-ni onun ixtiyarına verdi.
Tenderin qalibi olmuş “Vest-LTD” QSC isə təkcə BŞİH-yə deyil, eləcə də digər nazirliklərə çox simsardır. Məsələn, ötən il Elm və Təhsil Nazirliyi bu şirkətdən mebel inventarlarının alınması məqsədilə (VÖEN- 2100393871)
17 milyon 981 min 180 manat 51 qəpik vəsait ödəyib. Bunlardan başqa “Vest-LTD” QSC 2022-ci ildə nazirliyə 16 milyon 930 min manatlıq, 2021-ci ildə isə 12 milyon 499 min manatlıq mebel inventarları satıb.
Qeyd edək ki, “Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.
“Vest LTD” QSC 2023-cü ili 2 milyon 375 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ildə 875 min manat xalis mənfəət etmişdir ki, bu da illik müqayisədə mənfəətin 2.7 dəfə artması deməkdir.
Tribunainfo.az xəbər verir ki, 2023-cü ildə “Vest LTD” QSC-nin əsas əməliyyat gəlirləri 86 milyon 791 min manat (əvvəlki ilə nisbətən 2.5 dəfə çox), satışın maya dəyəri 81 milyon 805 min manat (2.5 dəfə çox) təşkil edib. Hesabat dövründə şirkətin cəmi aktivləri 18 milyon 772 min manatdan 17 milyon 388 min manata düşüb.
Bu iki şəxsin arasında hansı anlaşmanın olduğu bəlli deyil. Sadəcə, qəribə olan odur ki, mebel və inventar satan bir şirkətin Bakıda park tikintisinə necə icazə verilib?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Yanvar 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see187

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see126

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri