Icma.az
close
up
RU
Bakıda 47 yaşlı kişi sevgilisinin fotolarını sosial şəbəkədə paylaşdı

Bakıda 47 yaşlı kişi sevgilisinin fotolarını sosial şəbəkədə paylaşdı

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Binəqədi rayonunda 47 yaşlı kişi sevgi münasibətində olduğu qadına hədə-qorxu gəlib, onun fotolarını sosial şəbəkədə yayacağı ilə şantaj edib.

Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.

Siyəzən rayon sakini, 1978-ci il təvəllüdlü Cəmil Quliyev (adlar şərti göstərilib - red.) həmin ünvanda yaşayan Məlahətə qarşı əxlaqsız hərəkətlər təklif edib. İstəyinə çatmayanda küçədə səs-küy salaraq qadını söyüb.

Zərərçəkmiş Məlahət bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 4-cü polis bölməsinə müraciət edən Məlahət bildirib ki, Cəmil uzun müddətdir onun mobil telefonuna zəng vurub onu təhqir edir, şəkillərini internet sosial şəbəkələrində nalayiq formada paylaşır: "Sonuncu dəfə mayın 9-da Cəmil mənim yaşadığım ünvana gələrək evimin qarşısında mənə qarşı yüksək səslə söyüşlər, təhqiredici ifadələr işlətdi".

Zərərçəkmiş şəxs izahatının davamında göstərib ki, Cəmili iki ildir tanıyır, onunla yaxın münasibəti olub: "Lakin Cəmil spirtli içki aludəçisi olduğundan artıq bir neçə aydır ki, onunla münasibətimi bitirmişəm. Buna baxmayaraq, Cəmil zənglər edərək, məni təhqir edir, söyür, məni, övladlarımı öldürməklə hədələyir".

İş üzrə təqsirləndirilən şəxs qismində izahat verən Cəmilin sözlərinə görə, həqiqətən də spirtli içkilərdən istifadə edir, yaranmış sərxoşluq halında sevgi münasibətində olduğu Məlahətə qarşı qeyri-adekvat hərəkətlər edib: "Lakin bu hərəkətləri qısqanclığımdan edirəm. Əslində Məlahətə qarşı heç bir hörmətsizlik etmək niyyətim yoxdur. Mayın 9-da yaşadığım Şabran rayonunda ailəvi qonaqlıqda olarkən spirtli içki qəbul etdim. Məlahətlə əlaqə saxlaya bilmədiyimdən əsəbiləşdim. Daha sonra ona zəng vuraraq söyüşlər söydüm. Məni Şabran Rayon Polis Bölməsinə dəvət etdilər. Oradan Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları məni götürərək 4-cü Polis Şöbəsinə gətirdilər. Məlahətə qarşı etdiyim hərəkətlərə görə peşmanam. Ondan üzr istəyirəm".

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində Cəmilin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Samir Nəsibovun sədrliyi ilə baxılıb.

Hakim işi araşdırarkən müəyyən edib ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə məsuliyyətə səbəb olur.

Lakin müəyyən olunub ki, inzibati xəta haqqında protokolda həmin maddə üzrə inzibati xətanın törədilmə tarixi kimi göstərilən 9 may 2025-ci il tarixdə Cəmil nəinki Məlahətin evinin qarşısında, ümumiyyətlə Bakı şəhərində olmayıb. O, zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələri telefon vasitəsilə zəng edərək işlədib.

Hakim qərarda qeyd edib ki, belə olan halda inzibati xəta hadisəsi mövcud olmayan hesab edilməlidir.

Bu səbəbdən Cəmilin barəsində olan inzibati xəta üzrə protokolun icraatına xitam verilib. O, məsuliyyətdən azad edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 May 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri