Bakıda 500ə yaxın ailə susuz qalıb; Aidiyyəti qurum NƏ DEYİR? VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Su xətləri çəkilib, sayğaclar quraşdırılıb, hətta bir müddət mənzillərə su da verilib... Ancaq bir neçə aydır ki, sakinlər içməli su üzünə həsrət qalıblar...
Avtosfer.az xəbər verir ki, görüntülər Abşeron rayonu Qobu qəsəbəsindəndir.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən vətəndaşlar bildirirlər ki, öz hesablarına əraziyə su xətti çəkdiriblər, hətta aidiyyəti qurum tərəfindən mənzillərə sayğaclar da quraşdırılıb. Hazırda isə mənzillərə verilən su kəsilib. Sakinlərə su borularının diametrinin böyüdüləcəyi deyilib. Amma nə xətlər yenilənir, nə də mənzillərə suyun verilişi bərpa olunur.
Abşeron Su və Meliorasiya Sistemləri İdarəsindən problemdən xəbərdar olduqlarını bildirdilər. Artıq əraziyə baxış keçirilib.
O, da qeyd edilib ki, məsələnin həlli ilə əlaqədar su xətlərinin yenilənməsi nəzərdə tutulub.
Daha ətraflı videomaterialda.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 Noyabr 2024 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















