Bakıda 59 yaşlı qadın yolnəqliyyat hadisəsində ağır xəsarət alıb
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Xətai rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Eyvazova Sevda Nazir qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travmaları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

