Bakıda 66 yaşlı kişinin doğum faktı indi təsdiqləndi
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Bakı şəhəri Yasamal rayonunda 1959-cu ildə dünyaya gələn şəxsin doğum faktı indi təsdiqlənib.
Ölkə.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi qərar verib.
Belə ki, iddiaçı şəxs 1959-cu ildə Ermənistan Respublikasının Masis rayonunda Dostluq kəndində anadan olub.
O, ərizəsində bildirib ki, Ermənistan Respublikasının Masis rayonunda Dostluq kəndində anadan olub. 1988-ci ildə Ermənistan və Azərbaycan arasında münaqişə zamanı Ermənistandan deportasiya edilib və Bakı şəhər Yasamal rayonuna köçərək həmin vaxtdan eyni ünvanda yaşayır.
İddiaçı 3 saylı Bakı Asan Xidmət Mərkəzinə müraciət edərək doğum haqqında şəhadətnaməsinin təkrarını almaq istəsə də, ona məktub göndərərək məhkəmə qaydasında hüquqi faktın müəyyən edə biləcəyi qeyd edilib.
Məhkəmənin qərarı ilə ərizəçinin 1959-cu ildə Ermənistan Respublikası, Masis rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 27 Dekabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















