Icma.az
close
up
RU
Bakıda 80 milyon dollara park salınacaq

Bakıda 80 milyon dollara park salınacaq

Icma.az, Axar.az saytına istinadən bildirir.

Bakıda 80 milyon dollar dəyərində "Özbəkistan" mədəni-əyləncə kompleksinin inşası üzrə işlərə başlanılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə özbək KİV-ləri sahibkar Cahongir Artıkhodjayevə istinadən məlumat yayıb.

"Azərbaycan paytaxtında "Özbəkistan" mədəni-əyləncə kompleksinin tikintisi üzrə genişmiqyaslı layihə həyata keçirilir. Yeni park “Bakı Ağ şəhərdə” (Baku White City) 4,5 hektar ərazidə inşa edilir. Layihənin ümumi dəyəri 80 milyon dollar təşkil edir. Proqnozlara görə, illik ziyarətçi sayı 800 min nəfərə çata bilər", - o qeyd edib.

İş adamı qeyd edib ki, layihənin həyata keçirilməsinə 10 fevral 2025-ci ildə başlanılıb, kompleksin tikintisi zəruri icazələr alındıqdan sonra iki il çəkəcək.

"Artıq söküntü, torpaq işləri, kommunikasiyaların quraşdırılması həyata keçirilib. 11 km boru kəməri, 15 km elektrik kabeli çəkilib, 8 elektrik paneli, 5 nasos və 4 rezervuar quraşdırılıb. Layihə Səmərqənd, Buxara, Xivə üslubunda memarlıq obyektlərinin, emalatxanaların, milli mətbəx restoranlarının, çimərliyin, okeanariumun, ticarət-əyləncə mərkəzinin, mum fiqurlar muzeyinin, şopinq-avenyunun və unikal uçan teatrın yaradılmasını nəzərdə tutur", - deyə Artıkxocayev bildirib.

Konsepsiyanın hazırlanmasına Özbəkistandan olan memarlar cəlb olunub. Daxili infrastrukturu Avstraliya şirkəti Sanderson Group - tematik parkların, o cümlədən Daşkənddəki "Magic City" və Özbəkistandakı bir sıra iri obyektlərin tanınmış beynəlxalq tərtibatçısı layihələndirir.

Layihənin Bakı mühitinə uyğunlaşdırılması ilə Azərbaycanın memarlıq büroları məşğul olur.

"Burada Özbəkistanın mədəniyyəti, ənənələri və adətləri əks olunacaq, milli yeməklərin və geyimlərin satışı təşkil ediləcək. Prezident Şavkat Mirziyoyev parkın Azərbaycanda Özbəkistanın həqiqi güzgüsü olmasını tapşırıb", - deyə sahibkar vurğulayıb.

Xatırladaq ki, iyunun 2-də Azərbaycan və Özbəkistan prezidentləri Özbəkistan xəritəsi formasında tərtib ediləcək parkın təməlini qoyublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 İyul 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri