Icma.az
close
up
RU
Bakıda 9 yaşlı oğlandan qızlara qarşı tərbiyəsizlik

Bakıda 9 yaşlı oğlandan qızlara qarşı tərbiyəsizlik

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhəri Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbin 3B sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs zamanı şagird və müəllimlərə qarşı qeyri-etik ifadələr işlədərək  tədris prosesinin pozulmasına səbəb olur.

News24.az bildirir ki, bu barədə "Unikal"a valideynlər şikayət edib. Bildiriblər ki, sözügedən 9 yaşlı şagird sinif yoldaşları olan qızlara qarşı qeyri-etik hərəkətlər edir, digər şagirdləri isə döyürdü. Şikayətlə bağlı həmin şagirdin valideynləri məktəbə çağırılsa da, heç bir tədbir görülmürdü.

Məsələ ilə bağlı  207 nömrəli məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır:

"Məktəbə 22.11.2024-cü il tarixindən özəl ümumi təhsil müəssisəsindən yerdəyişmə etmiş III sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, müəllim və şagirdlərə qarşı qeyri-etik ifadələr işlədir, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda digər şagirdlərə təzyiq edir. Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur. Sinfin digər valideynləri şagirdin tədris prosesini ciddi şəkildə pozduğuna görə şikayətlənirlər. Onlar bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar. Şagirdlə məktəb rəhbərliyi və məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.

Məktəbin psixoloqu şagirddə davranış pozuntusu olması ilə bağlı rəy verib. Şagirdin davranışları ilə bağlı hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə məlumat verilib. Valideynə şagirdin xüsusi təhsilə cəlb olunması üçün 1 saylı psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət etməsi tövsiyə olunub. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Yanvar 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri