Icma.az
close
up
RU
Bakıda 9 yaşlı qız vəfat etdi Təcili yardım NİYƏ GECİKİB?

Bakıda 9 yaşlı qız vəfat etdi Təcili yardım NİYƏ GECİKİB?

Icma.az, Baku.ws saytına istinadən bildirir.

9 yaşlı Zəhra Hacıyevanın ölüm səbəbi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, "Məlhəm" klinikasından Zəhra Hacıyevanın ailəsinə təqdim edilən arayışa görə, ölüm səbəbi beyindaxili qansızma olub. Sənəddə qeyd edilib ki, Z.Hacıyeva yanvarın 28-i saat 06:00-da xəstəxananın pediatriya şöbəsinin reanimasiya bölməsinə qəbul edilib. Fevralın 2-də saat 04:05-də isə ölüm faktı qeydə alınıb.

Z.Hacıyevanın vəziyyəti qəfil pisləşən zaman təcili yardımın gecikmə səbəbi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, müraciətin qeydə alındığı vaxt Sabunçu ərazisi üzrə çağırış sayı çox olub və briqadalar təcili çağırışların (dəm qazı ilə zəhərlənmə, yıxılma, yol-nəqliyyat hadisəsi səbəbi ilə və s.) icrasında olub.

Məlumatda, həmçinin qeyd edilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2025-ci il yanvarın 27-də saat 18:58-də Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 8 yaşlı şəxsin (qadın cinsli) halının pisləşməsi səbəbilə çağırış daxil olub:

"Saat 19:29-da xəstənin ailə üzvləri tərəfindən 103 Çağrı Mərkəzi ilə əlaqə yaradılıb və pasiyentin hansı tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı məsləhət alınıb. Çağırışın imtina kimi qeydə alınmasına baxmayaraq, saat 20:09-da azad briqadaya ötürülüb. Bu vaxt pasiyentin ailə üzvləri ilə əlaqə saxlanılıb. Ailə tərəfindən bildirilib ki, pasiyent müvafiq tibb müəssisəsinə aparılıb.

Həmin gün saat 20:58-də Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Maştağa Xəstəxanasından 103 Çağrı Mərkəzinə koma səbəbilə çağırış daxil olub. Pasiyent Respublika Pediatriya Mərkəzinin Yasamal Uşaq Klinik Xəstəxanasına təxliyə olunub".

Xatırladaq ki, Z.Hacıyevanın anası Əfsanə Hacıyeva Oxu.Az-a açıqlamasında yanvarın 27-si axşam saat 6 radələrində qızının halının qəfil pisləşdiyini və təcili yardım çağırsalar da, gecikdiyini bildirmişdi. Ananın sözlərinə görə, 40 dəqiqə təcili yardımın gəlməyini gözləyiblər, lakin gələn olmayıb və qızını özləri xəstəxanaya çatdırıblar. Ana deyib ki, təcili yardım gecikməsə, bəlkə də qızının həyatını xilas etmək mümkün olardı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Fevral 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri