Icma.az
close
up
RU
Bakıda 98 il sonra tarixi gecə Fotolar

Bakıda 98 il sonra tarixi gecə Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heydər Əliyev Sarayının səhnəsində “Turandot” tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasını izləyib.

Son 98 ildə Azərbaycanda ilk dəfə səhnələşdirilən yeni “Turandot” xüsusi olaraq Bakı səhnəsi üçün hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev və rejissoru Elnur İsmayılovdur. Tamaşanın xor hissəsi üzərində xormeyster və Əməkdar artist Sevil Hacıyeva çalışıb. Xoreoqraflar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılovdur.

Tamaşada üç fərqli aktyor heyəti iştirak edir. Üç premyera axşamının hər birində Turandot və Kalaf rollarını müxtəlif solistlər ifa edəcək və dirijor kürsüsündə fərqli maestrolar olacaq.

Oktyabrın 24-də məşhur Kalaf rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və beynəlxalq səhnədə ən tanınmış Azərbaycan opera müğənnilərindən biri olan Xalq artisti Yusif Eyvazov ifa edib. Bu partiya Yusif Eyvazov üçün özünəməxsus vizit kartına çevrilib. Eyni zamanda, bu, məşhur tenorun onu Azərbaycanda ilk dəfə ifa etməsi idi. Elə həmin axşam Turandot rolunu italyan sopranosu Karmen Cannattazio ifa edib və italyan maestro Beatriçe Venezi dirijor kürsüsündə olub.

Yusif Eyvazov tamaşadan əvvəl keçirilən mətbuat konfransında “Turandot” operasının premyerasını tarixi hadisə adlandırıb. Xalq artisti qeyd edib ki, 98 il sonra “Turandot” yenidən Azərbaycan səhnəsinə qayıdır. Rejissor Mikayıl Mikayılov və quruluşçu rəssam Mustafa Mustafayevin təqdim etdiyi bu yeni tamaşa çox yüksək səviyyəyə malikdir. Azərbaycanlı sənətçilərə xarici opera solistləri də qoşulacaq.

Quruluşçu rejissor Mikayıl Mikayılov əlavə edib ki, teatr truppası çox böyük əmək sərf edib. “Ümid edirik ki, tamaşaçılar səylərimizi qiymətləndirəcək və tamaşadan zövq alacaqlar. Bu, teatr mədəniyyətimiz üçün böyük dəyərə malik çox əlamətdar hadisədir”, - deyə o bildirib.

“Turandot” Cakomo Puççininin ən məşhur operalarından biridir. Üçpərdəli tamaşa Karlo Qozzinin eyniadlı pyesi əsasında hazırlanıb. Librettonu Cüzeppe Adami və Renato Simoni yazıblar. Operanın premyerası 1926-cı il aprelin 25-də Milandakı La Skala teatrında Arturo Toskanininin dirijorluğu ilə baş tutub.

Bakılı tamaşaçılar operanı ilk dəfə 1928-ci ildə, dünya premyerasından cəmi iki il sonra izləyiblər. Bakıdakı premyera Sovet İttifaqında ilk “Turandot” tamaşası olub.

Puççini 1920-ci ilin yayından 1924-cü ildə vəfat edənə qədər “Turandot” üzərində işləyib. Amma məşhur əsərini tamamlamaq ona qismət olmayıb. Operanın son hissəsini Puççininin notları əsasında Franko Alfano tamamlayıb.

Operanın süjeti amansız şahzadə Turandot və şahzadə Kalafın sevgi hekayəsi ətrafında cərəyan edir. Qozzininin nağılında olduğu kimi, Turandot bütün namizədləri üç tapmaca ilə sınayır və şərt qoyur ki, düzgün cavab verən adama ərə gedəcək, yanlış cavab verən isə edam ediləcək. Bir sıra sınaqlardan sonra Kalaf tapmacaları həll edir və nəhayət, sevgisinin gücünə təslim olan Turandotla evlənir.





































Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Oktyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri