Bakıda adam oğurluğunda ittiham olunan dəst üzvləri məhkəmə qarşısında
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda adam oğurluğunda ittiham olunan Rövşən Eyyubov, Tuncay İmanov, Famil Hacıxanov və Vəli Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər Balakərim Umudovu cəzalandırmaq məqsədilə oğurlayıblar. Hadisə 24 dekabr 2023-cü ildə baş verib. Gecə saatlarında Balakərim Umudovun təqsirləndirilən şəxslərdən birinin yaxın qohumu ilə menüsibıti olmasını müəyyən ediblər. Buna görə də onu cəzalandırmaq üçün oğurlayıblar və Lökbatan qəsəbəsində binalardan birinin zirzəmisində saxlayıblar.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslərin hər biri elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Növbəti proses 2025-ci il yanvarın 13-də davam edəcək.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















