Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 25 may, AZƏRTAC
Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də “Afrika Günü” münasibətilə Bakıda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda Afrika qitəsi ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri, Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rəhbərləri, ekspertlər, həmçinin ölkəmizdə təhsil alan afrikalı tələbələr iştirak edirlər.
Tədbir çərçivəsində “Azərbaycan–Afrika münasibətləri: mövcud dinamika və strateji potensial” və “Gündəm 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu” mövzularında panel müzakirələr keçiriləcək.
Konfrans çərçivəsində, həmçinin "ASAN xidmət"in Afrikadakı fəaliyyəti ilə bağlı təqdimat da nəzərdə tutulur.
Qeyd edək ki, “Afrika Günü” hər il mayın 25-də Afrika İttifaqının yaradılması münasibətilə beynəlxalq səviyyədə qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 25 May 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















