Icma.az
close
up
RU
BAKIDA AĞACLAR KÖÇÜRÜLÜR, YOXSA... İki qurumdan birgə məlumat + VİDEOLAR (YENİLƏNİB)

BAKIDA AĞACLAR KÖÇÜRÜLÜR, YOXSA... İki qurumdan birgə məlumat + VİDEOLAR (YENİLƏNİB)

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Bakıda yeni avtomobil yolu ilə əlaqəli tikinti altına düşən yaşıllıqlar köçürülür.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi birgə məlumat yayıb. 

Bildirilib ki ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi-“Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtomobil yolunun inşası zamanı tikinti altına düşən yaşıllıqların mərhələli şəkildə köçürülməsinə başlanılıb: "Layihənin əhəmiyyəti, tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq Keşlə bazarı ətrafındakı tikinti altına düşən ağaclar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aqrotexniki qaydalara uyğun budanaraq köçürülüb, bioloji inkişafdan qalmış  ağaclar isə aidiyyəti qurumun rəyi əsasında götürülüb".

***

Məlum oluduğu kimi, paytaxtın Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar aidiyyatı qurumlar 1650 ağac, 491 kol və tingin köçürüləcəyi barədə  açıqlama vermişdilər. Tikinti ərəfəsində çəkilən görüntülər isə deməyə əsas verir ki, ağacların xeyli hissəsi köçürülmək əvəzinə, kəsilib.

Bu barədə memar-dizayner Aysel Hüseynova sözügedən ərazidən çəkdiyi görüntüləri sosial şəbəkədə paylaşıb.

Yaşıllıqların məhv edilməsi ciddi narazılığa səbəb olub.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az saytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlasa da, cavab ala bilməyib.

Xatırladaq ki, Dövlət Ekoloji Ekpsertiza Agentliyinin fevralın əvvəlində keçirdiyi ictimai dinləmədə bildirilmişdi ki, ağaclar müvafiq qaydada köçürüləcək, onlara aqrotexniki xidmətlər göstəriləcək, bioloji inkişafda qalmalarına nail olunacaq.

Onu da qeyd edək ki, “Ulduz” metrostansiyasından “Keşlə” bazarına qədər olan ərazidən 586, Dövlət Təhlükəsizliyi Xidmətinin Akademisyasının ərazisindən 74, “Keşlə” bazarının qarşısındakı restoranın ərazisindən 170, Əliyar Əliyev küçəsindən akademik Həsən Əliyev küçəsinin başlanğıcın qədər 820 ağacın köçülməsi nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Fevral 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri