Bakıda ağaclar niyə aşır? Alimdən AÇIQLAMA VİDEO
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda güclü külək zamanı ağacların aşması və budaqlarının qırılması hallarına tez-tez rast gəlinir.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, alimlərin fikrincə, paytaxtda ağacların aşmasının arxasında onların kök sisteminin zəifliyi, iqlim şəraiti və şəhərsalma zamanı yol verilən nöqsanlar dayanır.
Bəzi ağacların köklərinin inkişafı üçün torpaqda kifayət qədər sahə saxlanılmır. Səkilərin asfaltlanması və ağacların ətrafının betonla örtülməsi kök sisteminin normal böyüməsinə mane olur. Bu isə ağacların güclü küləyə qarşı dayanıqlığını azaldır.
Mütəxəssislər hesab edirlər ki, şəhərdə ağac əkilərkən ərazinin torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmalı, Bakı şəraitinə uyğun növlər seçilməlidir. Ağaclara vaxtında qulluq göstərilməməsi və qurumuş budaqların kəsilməməsi də təhlükəni artırır.
Aşan ağaclar və qırılan budaqlar avtomobillərə, evlərə və digər əmlaka ziyan vurmaqla yanaşı, piyadaların həyatı üçün də təhlükə yaradır. Buna görə ağacların vəziyyətinin mütəmadi yoxlanılması və riskli ağaclarla bağlı qabaqlayıcı tədbirlərin görülməsi vacib sayılır.
Daha geniş videoda izləyin:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Sentyabr 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















