Icma.az
close
up
RU
Bakıda Aİ və gənclər: Dayanıqlı gələcək naminə adlı tədbir təşkil olunub

Bakıda Aİ və gənclər: Dayanıqlı gələcək naminə adlı tədbir təşkil olunub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 noyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda "Aİ və gənclər: Dayanıqlı gələcək naminə" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Aİ-nin təhsil kompaniyası barədə videoçarx nümayiş etdirilib.

Daha sonra Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç çıxış edərək, təhsilin dayanıqlı gələcəyin qurulmasında mühüm rola malik olduğunu vurğulayıb, Aİ-nin Azərbaycanda həyata keçirdiyi layihələr, gənclər üçün imkanlar və iki tərəf arasında artan əməkdaşlıq istiqamətləri barədə danışıb. “Aİ ilə Azərbaycan arasında körpü rolunu oynayan “Gənc Avropa səfirləri” bu əməkdaşlığa öz töhfələrini veriblər. Azərbaycanın gəncləri yalnız gələcəyin liderləri deyil, həm də təqaüd proqramları, startaplar və digər bir çox sahədə fəal iştirak edən yaradıcı və təşəbbüskar gənclərdir. Mən özüm Avropada təhsil almışam və bu, mənim taleyimi diplomat kimi formalaşdırmağa mühüm töhfə verib. Bu gün burada toplaşaraq öz uğurlarımızı bölüşmək və yeni ideyaları müzakirə etmək istəyirik”, - deyə səfir əlavə edib.

Tədbir çərçivəsində “Gənc Avropa səfirləri”nin (YEA) fəaliyyətinin 10 il ərzində yaratdığı təsir barədə təqdimat da keçirilib və təşəbbüsün uğurları təqdim olunub.

Daha sonra YEA-ların milli koordinatoru Nazənin Cavadovanın moderatorluğu ilə keçirilən paneldə “Gələcəyin diplomatiyası: Gənclər, qadınlar və rəqəmsal iştirak” mövzusu müzakirə edilib.

Paneldə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç dayanıqlı gələcəyin qurulması üçün təhsil proqramlarının əhəmiyyətinə diqqət çəkərək deyib: “Biz Azərbaycanda bu sahədə bir çox layihələr həyata keçiririk. Avropa İttifaqı əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir. Bu il nəqliyyat və rəqəmsal sahələr əsas prioritet mövzulara çevrilib. Bu, olduqca aktual məsələdir. Çünki Azərbaycanın Çinlə Avropa arasında yerləşməsi ölkənin strateji rolunu daha da artırır. Bu səbəbdən biz İpək yolu ilə bağlı layihələrə də dəstək veririk. Bununla yanaşı, Azərbaycanda indiyədək təhsil sahəsində 29 layihə icra etmişik. Onlardan 26-sı artıq tamamlanıb, 3-ü isə hazırda davam edir”.

İnfluenser Jalə Ələkbərova isə qadınların liderliyinin güclənməsi, gənclərin fəal iştirakı və rəqəmsal diplomatiyanın imkanları kimi mövzular barədə danışıb.

Paneldən sonra sual-cavab sessiyası təşkil edilib, daha sonra xatirə fotosu çəkilib.

Xatırladaq ki, hazırda Azərbaycanda 120-dən çox YEA fəaliyyət göstərir və onlar son 10 il ərzində 450-dən çox tədbir təşkil ediblər. Bu tədbirlərə təhsil təşəbbüsləri, müsabiqələr və Avropa İttifaqı ilə Azərbaycan gəncləri arasında dialoqu gücləndirən sosial kampaniyalar da daxildir. Ümumilikdə bu təşəbbüsə 30-dan artıq ölkəni təmsil edən 2500-dən çox gənc cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri