Bakıda ailə faciəsi: 3 oğlu həbsdə olan kişi öldü
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
2014-cü ildə Bakının Xəzər rayonunda törədilmiş qətlə görə 3 oğlu həbs edilən Vahid Qədəşov vəfat edib.
Publika.az xəbər verir ki, övladları ümumilikdə 48 il azadlıqdan məhrum edilən V.Qədəşov yaşadığı Mərdəkan qəsəbəsində dünyasını dəyişib.
Məlumata görə, 2014-cü ildə V.Qədəşovun 20-25 yaşlı övladları dayısı arvadı olan Ülkər Abdullayevanın evinə hücum edərək onu öldürüb, ərinə isə ağır xəsarət yetiriblər.
Belə ki, V.Qədəşovun qızı dayısı oğlu ilə evli olub, lakin ailədaxili münaqişədən sonra küsərək atası evinə qayıdıb. Bundan əsəbiləşən qızın qardaşları dayılarına məxsus evə gedərək dəhşətli cinayət törədiblər. Onlardan ikisinə 19, birinə isə 10 il həbs cəzası təyin edilib.
Turqut Seyidov
Baxış sayı:48
Bu xəbər 08 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















