Icma.az
close
up
RU
Bakıda aktyor və arvadının qətli “Onları buna görə öldürdüm” FOTOLAR

Bakıda aktyor və arvadının qətli “Onları buna görə öldürdüm” FOTOLAR

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Paytaxtda aktyor İosif Tkaç və onun həyat yoldaşı Lyudmila Tkaçi qətlə yetirməkdə təqsirləndirilən İslam Hadiyevin cinayət işinin məhkəmə istintaqı yekunlasıb.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən proses təqsirləndirilən şəxsin ifadələrindəki ziddiyyətlərə aydinlıq gətirməklə davam etdirilib.

İslam Hadıyev həm ibtidai istintaqda, həm də məhkəmə prosesindəki sərbəst ifadələri zamanı qətlə yetirilən aktyorun evindən oğurladığı 50 min manatı əvvəlcə özunə məxsus evdə gizlətdiyini, daha sonra isə həmin pulun valyuta olan hissəsini manata dəyişərək “Kia Sportage”markalı avtomobil aldığını desə də, sonra bu ifadəsini danıb.

Məhkəmədə sonuncu ifadəsi zamanı o, aktyor və onun həyat yoldaşıni tamah məqsədilə deyil, ona hücum etmələrinə görə qorxduğundan öldurdüyünü bildirib. Bunula yanaşı, onların evindən 50 min manatı oğurlaması faktıni da danib.

Prokurorun ona ünvanladığı suallara isə İslam Hadıyev qeyri-səmimi cavab verib.

Daha sonra məhkəmə istintaqı yekunlaşaraq sənədlərin tədqiqi mərhələsinə start verilib.

Məhkəmənin növbəti prosesi aprelin 10-da davam edəcək.

Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda baş verib.

1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Mixaylovna Tkaçı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qətlə yetirilən İosif Tkaç 1997-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyib. Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb.

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən İslam Hadıyev aktyorun evində əvvəllər usta kimi çalışıb və bu müddət ərzində də yaşlı ər-arvadın etibarını qazanıb.

Aktyor evindən oğurlanan 50 min manata görə İslam Hadıyevi ittiham edib. Münaqişə də bundan sonra başlayıb. İosif Tkaç və arvadı Lyudmila Tkaç pulu qaytarmayacağı təqdirdə İ.Hadıyevdən polisə şikayət edəcəklərini bildiriblər.

İ.Hadıyev də son dəfə onların yaşadıqları mənzilə gələrək ər-arvadı öldürüb və daha sonra Salyan rayonuna qaçıb. Qaçdığı Salyanda da polis əməkdaşları tərəfindən saxlanılıb.

Onu da qeyd edək ki, aktyorla yanaşı, qətlə yetirilən həyat yoldaşı Lyudmila Tkaç respublikanın tanınmış pedaqoqu olub.

Təqsirləndirilən barədə Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri