Icma.az
close
up
RU
Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 aprel, AZƏRTAC

Bakıda miqrasiya sahəsində çoxtərəfli regional dialoqun təşviqinə yönəlmiş “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının “Almatı prosesi”nə ikiillik sədrliyinin yekunu olaraq təşkil olunan konfransın əsas məqsədi ölkəmizin prosesə sədrliyi dövründə həyata keçirilən fəaliyyətlərə nəzər yetirmək, “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransının Bakı bəyannaməsinin qəbul edilməsi və sədrliyin Qazaxıstan Respublikasına ötürülməsidir.

“Almatı prosesi”nə üzv, müşahidəçi və dəvət olunmuş dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının və beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən konfransda açılış nitqi ilə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edib. Onun sözlərinə görə, Azərbaycan “Almatı prosesi”nə 2 illik sədrlik dövründə fəaliyyətini bütün iştirakçı dövlətlərin maraq və ehtiyacları, eləcə də prosesin strateji və instusional inkişafı istiqamətində qurmağa çalışıb: “Sədrliyimiz çərçivəsində müəyyənləşdirilən prioritetlərə uyğun olaraq qanuni miqrasiyanın təşviqi, miqrasiya üzrə statistik təhlillərin aparılması, iqlim dəyişikliyi və miqrasiya üzrə inklüziv siyasət və fəalaiyyət planının hazırlanması, institusional bacarıqların artırılması və .s bu kimi istiqamətlər üzrə fəalliyyət həyata keçirilib. Bunlar yaxşı təcrübələrin maraqlı tərəflərlə mübadiləsinə, miqrasiya sahəsində qarşılıqlı əlsqələrin daha da genilənməsinə hədəflənib. Azərbaycan “Almatı prosesi”nin işində təşkilatın yarandığı vaxtdan fəal iştirak edir və milli miqrasiya sahəsində əldə etdiyi təcrübəni bütün maraqlı tərəflərlə bölüşərək bu illər ərzində digər iştirakçı dövlətlərin ən yaxşı təcrübələrindən yararlanmışdır. Bu xüsusda Azərbaycanın son 2 il ərzində “Almatı prosesi”nə sədrlik etməsi bizim üçün çox əlamətdar idi”.

Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken isə qeyd edib ki, Bakı bəyannaməsinin qəbul olunmasını miqrasiya sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirir. O, Bakı bəyənnaməsinin regional əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib: “Almatı prosesi” iştirakçı ölkələr və müşahidəçi dövlətlər üçün mühüm platforma olaraq qalmaqdadır və regionda miqrasiyanın əhəmiyyətinin artdığı və yaxın gələcəkdə də aktual olaraq qalacağı bir şəraitdə həm formal, həm də qeyri-formal fikir mübadiləsi üçün unikal imkanlar yaradır. “Almatı prosesi” iştirakçısı olan ölkələrin hüdudlarından kənarda təxminən 8 milyon vətəndaş yaşadığı halda , bu ölkələrin daxilində olan xarici miqrantların sayı 9,5 milyon təşkil edir . Daha geniş çərçivədə – iştirakçı, müşahidəçi və dəvət olunmuş ölkələr üzrə bu rəqəmlər müvafiq olaraq 22 milyon vətəndaş və 25 milyon xarici miqrant təşkil edir”.

Türkiyə daxili işlər nazirinin müavini Mehmet Aktaş çıxışında qeyd edib ki, 2023-cü ildən bəri qardaş ölkədə 456 min 851 qeyri-qanuni miqrant saxlanılıb: "Son iki il ərzində Türkiyədə 118 min 552 miqrant dənizlərdə boğularaq ölməkdən xilas edilib. Bununla yanaşı, 261 min 701 qeyri-qanuni miqrant ölkədən deportasiya olunub. Türkiyədə tətbiq edilən "Mobil İmmiqrasiya Məntəqələri" miqrasiya sahəsində dünyada ilkdir. Bununla şəxsiyyət vəsiqəsini təqdim edə bilməyən əcnəbilər lazımi yoxlamalar üçün “Mobil İmmiqrasiya Məntəqələri” adlanan avtomobillərə dəvət edilir və burada İmmiqrasiya İdarəsinin əməkdaşları tərəfindən "Göç-Net" məlumat bazası vasitəsilə biometrik məlumatlarla yoxlanılır".

Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Askarbek Ertayev isə bildirib ki, “Almatı prosesi”nin növbəti sədrliyi çərçivəsində Qazaxıstan həm Mərkəzi Asiya dövlətləri arasında, həm də hökumət və beynəlxalq təşkilatlar arasında regional əməkdaşlığın gücləndirilməsinə bundan sonra da vasitəçilik etmək niyyətindədir. A.Ertayev Qazaxıstanın mövcud miqrasiya vəziyyəti ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb: “2024-cü ildə Qazaxıstanın xarici miqrasiyasında müsbət dinamika nəzərə çarpır. Miqrasiyanın müsbət saldosu 2023-2024-cü illərdə də saxlanılıb. 2024-cü ilin yekunlarına əsasən miqrasiya saldosu 17 min nəfər təşkil edib. Onların əksəriyyəti MDB ölkələri və Çindən gələnlərdir. Həmin miqrantlardan böyük qismi təhsil üçün ölkəmizə gəliblər".

Nazir müavini Qazaxıstan “Almatı prosesi”nə sədrliyi dövründə beş əsas prioritet sahə üzrə fəaliyyət göstərəcəyini açıqlayıb. Bunlar qanuni miqrasiyanın həyata keçirilməsi, miqrantların hüquqlarının müdafiəsi, əmək miqrantlarının inteqrasiyası və xidmətlərə əlçatanlığı təmin etmək, miqrasiya sahəsində statistik məlumatların nizama salınması və “Almatı prosesi”nə üzv iştirakçıların, eləcə də dövlətlərin sayını artırmaqdır.

Tədbir panel müzakirələrlə davam edib.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Almatı prosesi” özündə Mərkəzi Asiya ölkələrini, Azərbayan, Türkiyə, Pakistan, İran və İtaliyanı birləşdirən regional məşvərətçi platformadır. “Almatı prosesi”nin katibliyi funksiyasını Beynəlxalq Miqrasiya Təşkilatı həyata keçirir. Beynəlxalq miqrasiya və qaçqınların müdafiəsi sahəsində dialoqu gücləndirməyi, məlumat mübadiləsini və regional əməkdaşlığı təşviq etməyi hədəfləyən Proses bu istiqamətdə dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir. Yarandığı vaxtdan Prosesin işində aktiv iştirak edən Azərbaycan Respublikası 2023-cü ilin martın 28-də sədrliyi Türkiyə Respublikasından təhvil alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:7856
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see274

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri