Icma.az
close
up
RU
Bakıda AQEM in sammiti keçiriləcək

Bakıda AQEM in sammiti keçiriləcək

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan təşkilata sədrliyi çərçivəsində fəal siyasət həyata keçirir

Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir. Ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Bu baxımdan, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) çərçivəsində fəaliyyəti xüsusi vurğulanmalıdır. Ölkəmiz hazırda bu təşkilata sədrlik edir.

Yeri gəlmişkən, iyulun 22-də Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati binasında Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Komitənin iclasında Azərbaycanın “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” mövzusunda AQEM Sədrliyi çərçivəsində üzv dövlətlər arasında etimadın gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılmış fəaliyyətlər müzakirə olunub.

Sədrlik tərəfindən AQEM-in beynəlxalq təşkilata transformasiyası gündəliyi üzrə gedən inkişaflar, o cümlədən müvafiq Nizamnamə layihəsi üzrə aparılan danışıqlar çərçivəsində irəliləyişlər barədə məlumat təqdim edilib və üzv dövlətlərin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb. İclasda cari ildə Bakı şəhərində keçiriləcək AQEM Zirvə Görüşünə hazırlıq məsələləri, habelə Azərbaycan Sədrliyi tərəfindən təklif olunan Zirvə Görüşünün mümkün yekun sənəd layihələri üzrə ilkin müzakirələr baş tutub. Bundan əlavə, Komitənin gündəliyinə uyğun olaraq AQEM Katibliyinin tərkibi və strukturunun inkişafı, onun beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi ilə bağlı məsələlər, eləcə də Konfransın müxtəlif əməkdaşlıq ölçüləri üzrə prioritet istiqamətlərlə bağlı konsepsiya sənədləri müzakirə olunub.

Eləcə də, AQEM məkanında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən onun institusional inkişafı, bu çərçivədə irəli sürülmüş təşəbbüslər və baş tutmuş tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, AQEM-in yaradılması haqqında ilk təşəbbüsü 1992-ci il oktyabrın 5-də BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı Qazaxıstanın keçmiş  Prezidenti Nursultan Nazarbayev irəli sürüb. Əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub. AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə təsdiqlənmiş “Almatı Aktı”dır. Müşavirənin inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. Hazırda təşkilatın 28 üzvü var. Bundan əlavə, 10 ölkə, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk Dövlətləri Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar qurumda müşahidəçi statusuna malikdirlər.

Azərbaycan Qazaxıstanın təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdəndir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi” sahəsində etimad-qurucu tədbirin əlaqələndiricisi funksiyalarını yerinə yetirir. Bu istiqamətdə Azərbaycan 2011-ci il aprelin 20-21-də sözügedən etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə evsahibliyi edib. 10 il sonra isə virtual formatda Azərbaycan tərəfindən “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda ekspertlərin növbəti görüşü təşkil edilib. Bundan başqa, 2018-ci il aprelin 13-14-də Bakıda “Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı keçirilib.

Onu da qeyd edək ki, AQEM Nazirlər Şurasının 2024-cü il 19 mart  tarixli qərarı ilə 2024-2026-cı illər üzrə müşavirəyə sədrlik ölkəmizə keçib. Təşkilata sədrlik çərçivəsində AQEM-in Biznes və Gənclər şuralarına sədrliyin də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Təkcə 2025-ci ildə Azərbaycanda AQEM-in etimad tədbirlərinin həyata keçirilməsi planına 44 tədbir  daxil edilib. Bunlardan təxminən 20-si Azərbaycan tərəfindən təklif olunub ki, bu da AQEM-in 5 əsas iş istiqamətini (iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlər ölçüsü) əhatə edir. AQEM yanında Biznes Şurası İdarə Heyətinin Azərbaycanın sədrliyi ilə keçirilən ilk iclası da həmin tədbirlər sırasındandır. Hazırda biznes-dialoqun gücləndirilməsi, beynəlxalq tərəfdaşlığın təşviqi və sahibkarlığın dəstəklənməsinə yönəlmiş bir sıra təşəbbüslər planlaşdırılır. Bunlar investisiyalar, rəqəmsal transformasiya, ixrac potensialı və KOB-ların davamlığı mövzularında vebinarların təşkili, biznesin inkişafında ən yaxşı təcrübələrin mübadiləsi üçün AQEM-ə üzv dövlətlər ilə müntəzəm işgüzar müzakirələrin aparılması və s. ibarətdir.

Yeri gəlmişkən, hələ ötən il qurumun baş katibi Kayrat Sarıbay ölkəmizin  təşkilata rəhbərliyi ilə bağlı bu fikirləri bildirmişdi: “Azərbaycanın sədrliyi Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf vasitəsilə AQEM-in gücləndirilməsinə yönəlib. Bu məqsədlərə nail olmaq üçün ölkə 3 prioritet istiqamətə diqqət yetirəcək. AQEM-in transfotrmasiya və institusional inkişafı, etimad tədbirlərinin həyata keçirilməsi vasitəsilə müəyyən sahələrdə əməkdaşlıq və AQEM ilə digər beynəlxalq təşkilatlar arasında fəaliyyətə yardım etmək. İnanırıq ki, Azərbaycanın fəal və mütərəqqi liderliyi altında AQEM Asiyada etimad və yaradıcı əməkdaşlığın unikal platforması kimi öz statusunu gücləndirməyə nail olacaqdır”.

Onu da vurğulayaq ki, Azərbaycanın AQEM-ə Sədrliyi “Daha güclü AQEM - Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna həsr olunub. Ölkəmizin sədrliyi dövründə AQEM-in transformasiyası və institusional inkişafı, etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlığın gücləndirilməsi və qurumun digər beynəlxalq və regional təşkilatlarla birgə fəaliyyətinin təşviqi xüsusi diqqət mərkəzindədir.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyul 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri