Icma.az
close
up
RU
Bakıda ata qonşuların sözü ilə qızını BIÇAQLADI: Ailəmizi ləkələmə!

Bakıda ata qonşuların sözü ilə qızını BIÇAQLADI: Ailəmizi ləkələmə!

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il fevralın 9-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində ata qızını bıçaqlayır. Polis və prokurorluq əməkdaşlarının ilkin araşdırması zamanı məlum olur ki, hadisə “Qobu Park 2 “ yaşayış kompleksində baş verib.
Hadisədən sonra 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Zəngilan rayon sakini 1958-ci il təvəllüdlü Rəfail Cavadov saxlanılıb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, fevralın 9-da Rəfail Cavadov evində olan zaman qonşusu Mirəli Quliyev onu söhbət etmək üçün çölə çağırıb. Söhbət zamanı qızının əxlaqsız həyat tərzi keçirməsini bildirib. Buna görə Rəfail Cavadov övladını öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən məişət təyinatlı bıçağı götürərək, dəhlizdə dayanmış Rəna Cavadovaya yaxınlaşıb. Arvadının gözləri qarşısında qızının bədəninin müxtəlif nahiyyələrinə ümumilikdə 5 dəfə zərbə endirib. Yaranmış səs-küyə evə daxil olan qonşusu Mətanət Məmmədova arxadan tutub saxlayaraq, Rəfailin cinayətkar əməlinin qarşısını alıb. Nəticədə Rəna Cavadova ölümdən xilas olub.

Hadisə olan blok
İş üzrə dindirilmiş Rəfail Cavadov bildirib ki, fevralın 8-də onunla eyni kompleksdə yaşayan Mirəli Quliyev qızı Rənanın adını bilmədiyi kişi ilə münasibət qurduğunu deyib:

“Qonşum mobil telefonundakı qızımın şəklini və ismarıcları “Whatsapp” tətbiqi vasitəsi ilə mənim telefonuma göndərmişdi. Növbəti gün Rəna ilə söhbət edib ailəmizin adını ləkələməməsini bildirdim. Əks halda onu öldürəcəyimi dedim. Qızım pis yolda olmadığını və barəsində deyilənlərin yalan olmasını qeyd etdi. Ayın 9-u saat 21 radələrində evdə olanda qapı döyüldü. Qapını açan yoldaşım Mirəlinin məni çölə çağırdığını dedi. Qonşum yenidən qızımın əxlaqsız həyat tərzi keçirdiyini və məndən polisə şikayət etdiyini söylədi. Cavab olaraq məsələni qısa müddətdə həll edəcəyimi deyərək, içəri keçdim. Mətbəx bıçağı ilə dəhlizdə dayanan qızıma yaxınlaşdım. Saçından tutaraq, sağ əlimlə bədəninə ardıcıl zərbələr vurdum. Mətanət adlı qonşumuz araya girdiyindən Rənanı buraxdım və çölə çıxdım. Bundan sonra Təcili Tibbi Yardım briqadası qızımı xəstəxanaya apardı”.


İstintaqın gedişatında keçirilmiş üzləşdirmə protokollarından görünüb ki, Mirəli Quliyev yalan ifadələr verib. O bildirib ki, guya hadisə günü Rəfail Cavadovla qapının qarşısında mübahisə etməyib, həmin vaxt Xırdalan şəhərində xalasıgildə olub və  onun mobil telefonuna qızının fotoşəkillərini göndərməyib. Amma şahidlər Nariyə Məmmədova və Reyhan Vəliyevanın ifadələrinə əsasən, Rəfail Cavadov məhz Mirəli Quliyevin və Ərkinaz Quliyevanın övladı haqqında söylədikləri böhtan xarakterli sözlərdən sonra, evə daxil olaraq, ağır cinayət törədib.
Məhkəmə iclasında Rəfail Cavadov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, istintaqda adından yazılan ifadəni oxumadan imzalayıb. Övladını öldürmək niyyəti olmayıb, onu cəzalandırmaq istəyib.


Zərərçəkmiş Rəna Cavadova ifadəsində göstərib ki, 6 il ailəli olub, sonra isə ərindən ayrılıb, övladı yoxdur:

“Qonşularımız Ərkinaz Quliyeva və onun oğlu Mirəlinin bizimlə şəxsi qərəzlikləri olub, ailəmizin, əsasən də mənim adıma nalayiq ifadələr işlədiblər. Atama mənim haqqımda yalan məlumatlar verib. Mirəli mobil telefonumu oğurlayıb və mənə məxsus məlumatları əldə keçirib. “İnstagram” hesabımdakı şəkillərimi paylaşıb məni rüsvay edəcəyini deyərək, hədə-qorxu gəlirdi. Heç vaxt, heç kimə əxlaqsız fotoşəkillərimi göndərməmişəm. Mirəlinin anası məni şərləyib, oğlundan uzaq durmağımı tələb edirdi. Fevralın 9-da işdən evə gələndə, qapımızın qarşısında atamın Mirəli ilə mübahisə etdiyini gördüm, səs-küyə qonşularımız da çıxdı. Bundan sonra atam əsəbi halda bıçaqla mənə xəsarətlər yetirdi”.

Rəna Cavadova əlavə edib ki, atasına qarşı şikayəti və tələbi yoxdur.
Şahid Mətanət Məmmədova bildirib ki, fevralın 9-u saat 21 radələrində yaşadıqları mərtəbədə mübahisə səsləri eşidib, çölə çıxıb:

“Mirəli ilə anası yüksək səslə Rəfail Cavadova qızı Rənanın müxtəlif şəxslərlə gəzdiyini və mobil telefonda açıq-saçıq şəkilləri olmasını deyirdilər. Rəna çölə çıxmasa da, içəridən atasına onların böhtan atdıqlarını, Mirəlinin özünün onun telefonuna əxlaqsız fotoları atdığını deyirdi. Rəfail qonşuların yanında biabır olduğunu söyləyərək, əsəbi halda evə keçib. Arxasınca içəri girəndə Rəfailin Rənaya bıçaqla zərbələr vurduğunu gördüm. Rəfaili arxadan qucaqlayıb, kənarlaşdıranda o, bıçağı yerə atıb qışqırdı. Mən və digər qonşular yaralanan qıza kömək edərək, təcili yardıma məlumat verdik”.


Məhkəmə Rəfail Cavadova Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsnin hökmü ilə Rəfail Cavadov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:338
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Mart 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri