Bakıda Avropa Gimnastikasının məşq düşərgəsi olacaq İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda Avropa Gimnastikasının (EG) təşkilatçılığı ilə batut və tamblinq üzrə yay təlim-məşq toplanışı keçiriləcək.
İdman.biz xəbər verir ki, bunu EG-nin batut gimnastikası üzrə Texniki Komitəsinin rəhbəri Babet Van Veterinq deyib.
O, 2025-ci ildə çoxlu seminarlar keçirməyə davam edəcəklərini bildirib: "Biz həmçinin iyulun 27-dən avqustun 2-dək Bakıda olacaq yay təlim-məşq toplanışının tarixini və yerini təyin etmişik”.
Van Veterinq EG-nin saytına yeni ilin əsas hadisələrindən də danışıb: “2025-ci ildə Avropa çempionatı keçirilməsə də, bizi qarşıda maraqlı hadisələr gözləyir. Onların arasında Çinin Çenqdu şəhərində Dünya Oyunları və İspaniyanın Pamplona şəhərində keçiriləcək dünya çempionatı da var. Dünyanın ən yaxşı uçan gimnastlarını yenidən yarışlarda görməyi səbirsizliklə gözləyirəm".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Yanvar 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















