Bakıda avtobus qiymətləri yenidən artacaq? MÜHÜM AÇIQLAMA
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda ictimai nəqliyyatda tarif siyasəti yenidən müzakirə mövzusuna çevrilib. 39 və 77 nömrəli avtobus marşrutlarında gedişhaqqının 60 qəpiyə qaldırılması sərnişinlər arasında narahatlıq yaradıb. Xüsusilə, hazırda 60 qəpik olan digər marşrutlardan istifadə edən vətəndaşlar bu qərarın gələcəkdə yeni qiymət artımlarının başlanğıcı olub-olmayacağı ilə maraqlanırlar.
Bəs 60 qəpik tarifi tətbiq olunan digər avtobus marşrutlarında da yaxın gələcəkdə gedişhaqqının yenidən artırılması mümkündürmü?
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasında bununla bağlı hər hansı rəsmi qərar mövcud olmadığını bildirib.
“Ölkədə ictimai nəqliyyatda gedişhaqqının müəyyənləşdirilməsi və ya dəyişdirilməsi yalnız Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir. Bu səbəbdən daşıyıcı şirkətlər və ya digər qurumlar tarifləri müstəqil şəkildə artıra bilməzlər. Hər hansı qiymət dəyişikliyi yalnız Tarif (qiymət) Şurasının müvafiq qərarı əsasında qüvvəyə minir. Hazırda isə gedişhaqqı 60 qəpik olan digər avtobus marşrutlarında tariflərin artırılması ilə bağlı qurum tərəfindən hər hansı rəsmi açıqlama verilməyib”.
Ekspertin fikrincə, 39 və 77 nömrəli marşrutlarda gedişhaqqının 60 qəpiyə qaldırılması ilə bağlı qərar qəbul edilərkən həmin marşrutların istismar xüsusiyyətləri, göstərilən xidmətin səviyyəsi, avtobus parkının yenilənməsi və digər iqtisadi amillər nəzərə alınmış ola bilər:
“Bu səbəbdən sözügedən qərarın avtomatik olaraq digər marşrutlara da şamil ediləcəyini düşünmək düzgün olmaz.
Gələcəkdə tariflərin yenidən nəzərdən keçirilməsi ehtimalı tamamilə istisna edilmir. Belə qərarlar qəbul olunarkən daşıyıcıların istismar xərcləri, yanacaq və ehtiyat hissələrinin qiymətlərində baş verən dəyişikliklər, yeni avtobusların istismara verilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi kimi amillər nəzərə alına bilər. Qiymət artımı ilə bağlı qərarlar mütləq iqtisadi əsaslandırmalara söykənməlidir”.
Professor əlavə edib ki, hazırkı mərhələdə gedişhaqqı 60 qəpik olan digər avtobus marşrutlarında yenidən tarif artımının tətbiq ediləcəyini söyləmək üçün hər hansı rəsmi əsas yoxdur. Onun sözlərinə görə, gələcəkdə belə bir qərar qəbul edilərsə, Tarif (qiymət) Şurası bu barədə ictimaiyyəti rəsmi qaydada əvvəlcədən məlumatlandıracaq.
Baxış sayı:167
Bu xəbər 08 İyul 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















