Bakıda avtobus zolaqları təxminən 1 milyon nəfərə xidmət edir Tərlan Səfərov
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Bakıda 111 km uzunluğunda avtobus zolaqları yaradılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
"Bakıda qısamüddətli nəticələrə nail olmaq məqsədilə avtobus zolaqları təşkil edilib. Ümumilikdə 37 küçə və prospektdə uzunluğu 111 km-dən çox olan belə zolaqlar yaradılıb. Bu, sərnişinlərin yola sərf etdiyi vaxtı əhəmiyyətli dərəcədə azaldıb. Bu gün avtobus zolaqları təxminən 1 milyon nəfərə xidmət edir ki, bu da səyahət müddətini əhəmiyyətli dərəcədə azaltmağa və orta sürəti artırmağa imkan verib", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 16 Aprel 2025 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















