Icma.az
close
up
RU
Bakıda avtobuslara maraq artır Avtomobildən ictimai nəqliyyata DÖNÜŞ

Bakıda avtobuslara maraq artır Avtomobildən ictimai nəqliyyata DÖNÜŞ

Lent az saytına istinadən Icma.az xəbər verir.

Paytaxt küçələrində son illər müşahidə edilən dəyişikliklər təsadüfi deyil. Əgər bir vaxtlar ictimai nəqliyyat tıxacda saatlarla ilişib qalmaq, sərnişinlərin isə əsəbi və yorğun halda dayanacaqlarda gözləməsi ilə müşahidə olunurdusa, indi mənzərə yavaş-yavaş dəyişir. İnfrastruktur layihələr, avtobus parkının yenilənməsi və ekoloji baxımdan daha təmiz nəqliyyat vasitələrinin gətirilməsi Bakıda ictimai nəqliyyat mədəniyyətini yenidən formalaşdırır.

Lent.az rəsmi statistikaya əsaslanaraq bildirir ki, 2025-ci ilin ilk yarısında ölkə üzrə avtobuslarla 861 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,5 milyon nəfər çoxdur.

Maraqlısı odur ki, artım yalnız əhalinin sayına görə deyil, həm də insanların şəxsi avtomobildən avtobusa keçid etməsi ilə bağlıdır.

2023-cü ildə gedişlərin təxminən yarısı şəxsi maşın və taksi ilə olurdusa (48,4 faiz), bu il göstərici 41,8 faiz-ə qədər azalıb. Paralel olaraq ictimai nəqliyyatın payı 28,4 faizdən 33,9 faiz-ə yüksəlib.

Bu rəqəmlər bir sualı aktuallaşdırır. Nə dəyişib ki, sərnişinlər avtobuslara üz tutmağa başlayıb?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Lent.az-a açıqlamasında bildirib ki, avtobusların bir çox xüsusiyyətlərinə görə ona maraq yüksəlir:

“İctimai nəqliyyatın avtobus seqmentinə maraq artıb. Sərnişinlər daha çox avtobuslardan istifadə etməyə başlayıb. Bunun əsas səbəbi marşrut xəttinə buraxılan avtobusların sayı artırılıb, həmçinin köhnə avtobuslar mərhələli şəkildə yığışdırılaraq, yeniləri buraxılır. Bakının 40-a yaxın küçə və prospektində avtobuslara ayrılmış 112 kilometrlik xüsusi zolaqlar fəaliyyət göstərir. Hər gün bu zolaqlardan 1 milyona yaxın sərnişin istifadə edir. Avtobusların orta sürəti artıb, bəzi ərazilərdə gediş vaxtı 20 dəqiqəyə qədər azalıb. Bu, sadəcə statistik göstərici deyil, həm də insanların gündəlik həyatına təsir edən real dəyişiklikdir. İşə gecikməmək, uşaq bağçasına vaxtında çatmaq və ya tıxacda əsəb keçirməmək artıq avtobusun üstünlüyünə çevrilir. Bütün bu faktlar ictimai nəqliyyatın avtobus seqmentindəki cəlbediciliyini artırır”

Lent.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, avtobuslara maraq illər keçsə də, azalmayacaq, əksinə artacaq:

“İctimai nəqliyyata hər zaman maraq yüksək olacaq, çünki bu, şəhər infrastruktur əsas ayrılmaz hissələrindən biridir. Onsuz şəhər nəqliyyatını təsəvvür etmək mümkün deyil. Növbəti illərdə islahatların aparılması ilə avtobuslara maraq ildən-ilə artacaq". 

Qeyd edək ki, Bakıda avtobus parkının yenilənməsi də ictimai rəyin dəyişməsində mühüm rol oynayır. Keçən il COP29 ərəfəsində gətirilən 160 elektrikli avtobus artıq şəhər sakinlərinin xidmətindədir. Onlara əlavə olaraq, 2025-ci ildə 50 yeni avtobus xəttə buraxılıb, ilin sonuna qədər isə 200-dən çox ekoloji təmiz və komfortlu avtobusun gətirilməsi gözlənilir. Bakıda fəaliyyət göstərən 2200-dən çox avtobus rekord göstərici sayılır. Yaxın perspektivdə bu rəqəm 2800-ə çatdırılacaq.

Belə görünür ki, yaxın illərdə Bakıda avtobus yalnız ucuz və əlçatan nəqliyyat vasitəsi yox, həm də vaxtı qənaət edən, ekoloji və sosial baxımdan üstün bir seçim olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Avqust 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see466

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see302

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see190

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see186

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see137

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see128

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri