Icma.az
close
up
RU
Bakıda avtobusların yerinə minibuslar olacaq? AÇIQLAMA

Bakıda avtobusların yerinə minibuslar olacaq? AÇIQLAMA

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bakının tıxac probleminə qarşı hər zaman müxtəlif təkliflər səsləndirilir. 

Bu təkliflərdən biri də qardaş Türkiyə modelidir. Daha dəqiq desək, bəzi ekspertlər tıxac problemini azaltmaq üçün Türkiyədə olduğu kimi minibusların istifadəyə verilməsini təklif edirlər. Onlar bu yolla həm tıxacların azalacağını, həm də sərnişinlərin qısa məsafədə olan yerlərə daha tez çatacağını düşünürlər. Lakin minibus təklifinə qarşı çıxanlar da az deyil. 

Maraqlıdır, Azərbaycanda minibuslar istifadəyə verilə bilərmi? 

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanda minibus təcrübəsi olub, amma özünü doğrultmayıb: 

“Əslində, bizim Sumqayıt, Gəncə, Mingəçevir və ya Lənkəran kimi böyük şəhərlərimizdə tıxac problemləri yaşanmır. Paytaxt Bakıda artıq çox uzun illərdir ki, tıxac böyük bir problemə çevrilib. Lakin minibus prtaktikasını Bakıya daşımaq çıxış yolu deyil. 

Bu, şəhəri hərəkətsiz bir duruma düşürər salar. Nəzərə almaq lazımdır ki, şəhər kifayət qədər tıxaclaşıb. Biz əgər “manatlıq taksilər”in qarşısını almaq istəyiriksə, onda dolmuş sisteminə keçid etməliyik. Çünki minibusların yenidən Bakıya daşınması çox ciddi bir problemlərə gətirib çıxaracaq”. 

Ekspert qeyd edib ki, onsuz da hazırda paytaxtda avtobusların hərəkəti kifayət qədər çətindir: 

“Hərçənd ki, avtobuslar üçün xüsusi zolaqlar da ayrılıb. O yol zolaqlarını da minibuslarla doldursaq, onda bizi nə gözləyəcək? Əksinə, bu gün həmin zolaqlara “manatlıq” və ya digər taksilər daxil ola bilmirlər. 

Avtobuslarımız, ictimai nəqliyyat yenə də tıxacda qalır. Bu, həll yolu deyil. Lakin minibus sisteminin əvəzinə metrobus və tramvay tətbiq edə bilərik. Tramvayları tətbiq etsək, onda daha üstün imkanlara gəlib çıxa bilərik. Bakını tıxaclardan xilas eləməyəni yolu tramvaylardır”. 

Mütəxəssisin sözlərinə görə, sərdişindaşımanın təşkili ilə bağlı hədəf varsa, minibus və ya metrobus istifadəyə verilə bilər: 

“Amma Bakı dolmuş və çökmüş şəhərdir. Urbanizasiyanın təsirindən kifayət qədər çox yüklənmiş şəhərdir. Bakını xilas etməyin çox yolu var, amma bu yol minibus deyil. Hətta bunu etsək belə, yenə də “manatlıq taksilər” fəaliyyət göstərməyə davam edəcək. Çünki “manatlıq taksi” Azərbaycan vətəndaşlarının bir hissəsinin vəziyyətdən çıxış yoludur, güvən yeridir. Düzdür, qanunsuzdur, amma onu qanuna çevirmək lazımdır. Dövlət bunun üzərində işləməlidir. 

Hesab edirəm ki, minibuslar “manatlıq taksilər”i belə əvəz edə bilməyəcək. Ona görə ki, taksi 4 nəfəri götürdükdən sonra hərəkətə keçir. Minibuslar isə 15 adamın dolmasını gözləyəcək. Bundan başqa, minibuslar üçün ayrıca dayanacaq da lazımdır. 

Bu gün yetərli qədər taksi dayanacaqları belə yoxdur. Çünki belə olan halda taksi dayanacaqları yol infrastrukturunun bir hissəsini zəbt edəcək. Minibusda vəziyyət eynidir. Yəni, minibus qanuni yolla gəlib hansısa bir yol infrastrukturunu zəbt edəcək. Bütün bu səbəblərə görə Bakıda minibusların istifadəyə verilməsinin doğru olacağını zənn etmirəm”.

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: minibus avtobus tramvay Bakı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyun 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri