Icma.az
close
up
RU
Bakıda avtobusun qabağını kəsib, şüşəsini sındıran Audi sürücüsünə 2 il iş verildi

Bakıda avtobusun qabağını kəsib, şüşəsini sındıran Audi sürücüsünə 2 il iş verildi

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda minik avtomobilinin sürücüsü ilə avtobus sürücüsü arasında dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 19-da Sabunçu qəsəbəsi, Dəmiryolu vağzalının qarşısında baş verib.
Oğuz rayon sakini, 1978-ci il təvəllüdlü Rəhim həmin gün saat 20:00-da Dəmiryolu vağzalının qarşısındakı dairəvi yolda idarə etdiyi “Audi” markalı avtomobili ilə hərəkət edən zaman 62 nömrəli xətdə işləyən və avtobusu idarə edən Məhəmmədin (adlar şərtidir – red.) qarşısına keçdiyi üçün sonuncunun ona haqlı olaraq səs siqnalı verməsini cüzi səbəb kimi bəhanə edib.
Rəhim heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb və Məhəmmədin ünvanına nalayiq söyüşlər söyüb. Sonra idarə etdiyi avtomobilini avtobusun önündə saxlayıb, digər hərəkət iştirakçılarına mane olub.
Daha sonra öz avtomobilinin arxa yük yerindən istintaqa məlum olmayan bir ədəd dəmir parçasını çıxararaq əlində saxlayıb və avtobusun sürücü olan tərəfinə yaxınlaşaraq onu hədələyib.
Bununla kifayətlənməyən Rəhim Məhəmmədin əyləşdiyi avtobusun sükan hissəsindəki yan şüşəsinə vuraraq sındırıb. O, özgə əmlakını məhv edib və 62 saylı xətt avtobusunun sahibi olan MMC-yə 3096 manat 91 qəpik maddi ziyan vurub.
İş üzrə izahat verən Rəhim bildirib ki, avtomobili ilə hərəkət edən zaman 62 saylı marşrut xəttində işləyən avtobusun qarşısından keçən zaman sürücü səs siqnalı verib:
“Mən də avtobusun sürücüsünə kobud cavab verdim, nə üçün siqnal verdiyini dedim. Sürücü məni təhqir etdiyi üçün avtomobilini onun idarə etdiyi avtobusun önündə saxladım və yerə enərək avtobusda sükan arxasında əyləşmiş sürücünün pəncərəsinə yaxınlaşdım. Sürücüyə cavab olaraq təhqir edən zaman, avtobusun sürücüsü də məni söydü. Bundan əsəbləşdim və avtomobilinin arxa yük yerindən dəmir parçası götürdüm.
Həmin sürücünün əyləşdiyi pəncərəsinə vuraraq, şüşəni sındırdım. Avtobusun sürücüsü yenə səs-küy saldı, mübahisəyə davam etdi. Mən mübahisə böyüməsin deyə dəmir parçasını avtomobilinin arxa yük yerinə qoydum və oradan getdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, avtobusun sürücüsünü vurmayıb, sürücü də onu vurmayıb. Bildirib ki, avtomobillər yolun hərəkət hissəsində dayandığı və kənar şəxslər oraya toplaşdığı üçün digər hərəkət iştirakçılarının hərəkəti dayanıb.
İş üzrə zərərçəkmiş Məhəmmədin sözlərinə görə, 62 saylı avtobus marşrutunda sürücü işləyir: “Məlum hadisə günü, saat 20:30-da avtobusun son dayanacağı olan Sabunçu bazarında sərnişinləri endirmək üçün avtobusu orada saxlayan zaman dairəvi yola daxil olarkən “Audi” markalı avtomobil qəfil sağ tərəfimdən qarşıma çıxdı. Həmin avtomobilə səs siqnalı verərkən sonradan adının Rəhim olmasını bildiyim sürücü məni nalayiq küçə sözləri ilə söydü. Mən söyüşü eşitsəm də, ona fikir verməyərək yoluma davam etdim. Bu zaman Rəhim yenə bu dəfə isə qəsdən qarşıma çıxdı və təhlükəli vəziyyət yaradan zaman yenə səs siqnalı verdim. Bu vaxt Rəhim avtomobilini avtobusun önündə saxladı, qarşımı kəsdi. Özü yerə endi, sükan arxasında oturduğum pəncərəyə yaxınlaşdı. Yenə mənə nalayiq sözlərlə nə üçün siqnal verməyimi bildirən zaman bu dəfə mən də onu söydüm. Rəhim isə gedərək avtomobilinin arxa yük yerindən uzun dəmir parçası götürdü və üzərimə gəldi. Həmin dəmirlə avtobusun əyləşdiyim yerin pəncərəsinə vuraraq şüşəni sındırdı. Rəhim məni nalayiq sözlərlə hədələdi, vurmaq istəyən zaman özümü qorumaq üçün pəncərənin şüşəsini bağladım. Bu zaman o, əlindəki dəmirlə qəsdən oturduğum sükan tərəf pəncərəsinin şüşəsini vuraraq sındırdı”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Rəhim 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see367

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see331

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see298

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see282

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see277

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see277

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see268

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see259

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see252

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see249

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see248

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see242

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see238

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see228

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see221

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see214

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see203

Osasuna azlıqda qaldığı matçda rəqibi məğlub ETDİ

23 Noyabr 2026 00:19see185

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see184

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri