Icma.az
close
up
RU
Bakıda avtomobil qəzası adı ilə tanışını qətlə yetirənə ağır cəza verilib

Bakıda avtomobil qəzası adı ilə tanışını qətlə yetirənə ağır cəza verilib

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Yasamal rayonu ərazisində idarə etdiyi maşını qəsdən aşıraraq sərnişi öldürməkdə ittiham olunan Mustafa Nəcəfovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Oxu.Az-ın məlumatına gorə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən son prosesdə oxunan hökmlə Mustafa Nəcəfov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı da onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, hadisə ötən il iyulun 3-də Yasamal rayonunda baş verib. Kənar Dairəvi yolda "Cherry" markalı avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Günay Əkbərovanın ölməsi, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfovın isə xəsarətlər alması faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Məlumata görə, ibtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması nəticəsində sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

Mustafa Nəcəfova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham elan olunub.

Elgün Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyun 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri