Bakıda avtomobillərdən oğurluq edildi
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Səbail rayonunda 2 avtomobildən oğurluq barədə polisə məlumatlar daxil olub.
"Unikal" xəbər verir ki, Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Badamdar qəsəbəsi ərazisində “VAZ-2107” markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul, bank kartı və sənədlər olan pulqabıların oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Təhməzli saxlanılıb.
Onun dekabrın 18-nə keçən gecə Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində “Volkswagen” və “Mercedes” markalı iki avtomobildən 4650 manat pul və bank kartları oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 21 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















