Bakıda avtomobillərin intensiv hərəkət etdiyi yola sarı tor çəkildi Sürücülərin NƏZƏRİNƏ
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı şəhərində iki prospektin kəsişməsində yeni nişanlanma xətti çəkilib.
Redaktor.az xəbər verir ki, paytaxtın Əhməd Rəcəbli ilə Ziya Bünyadov prospektinin kəsişməsində sarı kəsişmə tor xətti çəkilib.
Ərazidən görüntünü təqdim edirik:
Qeyd edək ki, "Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanununun 75-ci maddəsinə görə, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Habelə, hərəkət növbəliliyi işıqforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yanıb-sönən sarı siqnal olduqda, işıqforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər.
Bu qaydanı pozan şəxslər 100 manat və üç cərimə balı ilə cəzalandırılırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 06 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















