Bakıda Azərbaycan İtaliya biznes forumunun keçirilməsi planlaşdırılır
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda Azərbaycan-İtaliya biznes-forumunun təşkili planlaşdırılır.
Ölkə.az xəbər verir ki, bunu İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.
"Biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək", - o deyib.
C. Meloni qarşılıqlı sərmayə yatırımlarından da bəhs edib:
"Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 04 May 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















