Icma.az
close
up
RU
Bakıda Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun rəsmi açılış mərasimi keçirilir

Bakıda Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun rəsmi açılış mərasimi keçirilir

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən üç mindən çox könüllünü bir araya toplayan Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun rəsmi açılış mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, Azərbaycan Könüllülük Həftəsi - 2024 çərçivəsində baş tutacaq layihə və tədbirlər "Yaşıl dünya", "Vətənpərvər könüllü", "Yaşıl enerji", "Sağlam həyat", "İnsanyönümlü şəhər və mobillik", "Ekotəşəbbüslər", "Təmiz şəhər", "Yaşıl dünya üçün birlik", "Ekomədəniyyət", "Ekomaarifləndirmə", "COP29 könüllülərin gözü ilə", "Beynəlxalq arenada Azərbaycan könüllülüyü" mövzularına həsr olunacaq. Həftənin bu mövzular əsasında həyata keçirilməsi yalnız ekoloji mühitin yaxşılaşdırılmasına deyil, həm də cəmiyyətimizdə gənclərin diqqətinin ekoloji problemlərə cəlb olunmasına və onların ekologiyanın qorunmasına daha məsuliyyətli yanaşmasının güclənməsinə xidmət edəcək.

Forumda Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və digər dövlət qurumlarının rəsmiləri iştirak edirlər.

Qeyd edək ki, forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, "ASAN xidmət" və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə 5-16 dekabr tarixlərində Azərbaycan Könüllülük Həftəsi - 2024 çərçivəsində keçirilir.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:613
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Dekabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri