Bakıda Azərbaycan Türkiyə 5 ci Enerji Forumu keçiriləcək
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sentyabrın 11-də Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, forumda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak iştirak edəcəklər.
Forumda iki qardaş ölkənin İşçi Qruplarının iclaslarının fəaliyyətləri, karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması nəzərdə tutulur. Həmçinin, ötən illər ərzində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu ötən ilin sentyabr ayında Türkiyənin İzmir şəhərində baş tutub.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 09 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















