Bakıda azyaşlı övladına işgəncə verən ögey ata HAKİM QARŞISINDA
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən ögey atanın məhkəməsi başlayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Rəşad İsmayılovun anket məlumatları dəqiqləşdirilib.
Prokuror işin baxışa verilməsini təklif edib.
Bu məqamda təqsirləndirilən şəxs bildirib ki, o ittiham aktını oxumayıb və ona görə də ona qarşı irəli sürülən ittihamla tanış olmaq istəyir.
Məhkəmə bu səbəbdən fevralın 3-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Türkan qəsəbəsində baş verib.
Belə ki, Xəzər rayonu Türkan qəsəbəsindən yaşayan bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən əziyyət verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlını incidən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 18 Yanvar 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















