Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 14 avqust, AZƏRTAC
Bakıda 19 yaşadək gənc və yeniyetmə badmintonçular arasında “Azerbaijan Junior Open 2026” beynəlxalq turnirinə start verilib.
Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda Azərbaycan da daxil olmaqla, 9 ölkədən 64 idmançı 5 kateqoriya üzrə mükafatlar uğrunda mübarizə aparır.
Azərbaycan turnirdə 22 badmintonçu ilə təmsil olunur. Yarışın digər iştirakçıları Türkiyə, Özbəkistan, Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hindistan və Tacikistan təmsilçiləridir.
Turnir çərçivəsində badmintonçular oğlan və qızların şəxsi, qoşa, eləcə də qarışıq qoşa kateqoriyalarında qüvvələrini sınayırlar.
“Azerbaijan Junior Open 2026” ölkəmizdə ilk dəfə “Junior International Series” kateqoriyasında təşkil olunan yarışdır.
Yarışa avqustun 16-da keçiriləcək final qarşılaşmaları ilə yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 Avqust 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















