Icma.az
close
up
RU
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI Şahid DANIŞIR

Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI Şahid DANIŞIR

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Hidayət Məstəliyevin (şərti adla) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Ümid Mərdanov ölən Emil Rəcəblinin yaxın dostu olduğunu deyib:

"Həmin gün yeni il gecəsi idi. Dostum Emil zəng etdi ki, yeni ili sevdiyi xanımla birlikdə keçirmək istəyir, məkan danışıb. Mənə təklif etdi ki, ailəmi də götürüm, birlikdə gedək. Axşam saat 10-da görüşüb “Purple Karaoke Bar”a getdik. İçəridə seyrəklik idi. Masamızda əyləşdik, istirahət elədik. Sonra bu oğlan (təqsirləndirilən Hidayətə işarə edir) gəldi, mehribancasına görüşdük. İçəridə getdikcə adamlar çoxalmağa başlayırdı. Sonra tanımadığım bir xanım gəldi, Emillə görüşdü. Bundan sonra aləm qarışdı, səs-küy qopdu. Bir onu gördüm ki, Emili itələyib çölə çıxarmağa çalışırlar.

Mühafizədəki oğlan yanında iki adamla birlikdə onu obyektin qaranlıq tərəfinə aparır. Mübahisə, ardınca da dava başladı. Emil gedib maşınından bıçaq götürdü. Onu sakitləşdirməyə çalışdıq, dedik lazım deyil, qanqaraçılıq olmasın. Sözümüzə qulaq asdı, bıçağı aparıb təzədən maşınına qoydu. Məkanın bir əməkdaşından xahiş etdim ki, kurtkalarımızı gətirsin, çıxıb gedək. Geri dönəndə Emili əlində bıçaqla qapıya tərəf gəldiyini gördüm. Qapıda Hidayətlə qarşılaşdılar. Süpürləşmə, ara qarışıqlığı içində Emili qan içində yerdə uzanmış halda gördüm, vəziyyəti ağır idi. Tez təcili yardım çağırıb onu xəstəxanaya apardıq".

Növbəti proses 29 sentyabr saat 16:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2026-cı il yanvarın 1-i gecə 2 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke Bar” gecə klubunun qarşısında qeydə alınıb. 36 yaşlı Hidayət Məstəliyev ilə 32 yaşlı Emil Rəcəbli arasında klubda mübahisə yaranıb. Sonra obyektin qarşısında Hidayət Məstəliyev E.Rəcəblini bıçaqlayıb. Ağır yaralanan Rəcəblinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Hidayət Məstəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Sentyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri