Bakıda Belçikanın Milli Günü qeyd olunub FOTO
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Bakıda Belçika Krallığının Milli Günü qeyd edilib.
APA xəbər verir ki, Milli Günlə bağlı keçirilən tədbirdə Belçika Krallığının fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Səfir Belçika ilə Azərbaycan, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
Diplomat İranla İsrail arasında 12 günlük müharibə vaxtı Tehranda olan Belçika diplomatlarının, o cümlədən Belçika səfirinin Azərbaycan üzərindən təxliyəsinə görə rəsmi Bakıya xüsusi təşəkkür edib.
Səfir Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişinin paraflanmasından ötrü atdığı cəsarətli addımlara görə Azərbaycanı təbrik edib.
Sonda qonaqların şərəfinə ziyafət verilib.
Baxış sayı:104
Bu xəbər 13 Noyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















