Bakıda benzin qıtlığı var? SOCAR məlumat yaydı KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sosial şəbəkələrdə Bakı və regionlarda “Aİ-92” markalı benzinin qıtlığı ilə bağlı iddialar yayılıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı SOCAR məlumat yayıb.
Şirkət bildirib ki, Bakı şəhərində fəaliyyət göstərən Neft Bazası Sahələrindən (NBS) sahibkarların yanacaq götürülməsi və daşınması üçün müvafiq şərait yaradılıb.
“Bununla yanaşı, Bakıda yerləşən NBS-lərdən regionlara yanacaq daşınması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə SOCAR özəl şirkətlərlə müvafiq danışıqlar aparılır.
“SOCAR PETROLEUM” QSC-nin regionlarda fəaliyyət göstərən yanacaqdoldurma stansiyalarına yanacaq QSC-nin Bakı şəhərində fəaliyyət göstərən 1 və 22 saylı NBS-lərindən şirkətin nəqliyyat vasitələri ilə təchiz edilir.
Gələcəkdə də yaranacaq hər hansı bir sual ilə bağlı ediləcək müraciətlərə tərəfimizdən müvafiq qaydada baxılacaq”, – qurumdan qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 24 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















