Icma.az
close
up
RU
Bakıda bıçaqlaşma: Xəsarət alan var

Bakıda bıçaqlaşma: Xəsarət alan var

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Nəsimi rayonunda 1959-cu il təvəllüdlü Məhəmmədrəsul şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Rafiqə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 16 avqust 2023-cü ildə baş verib. Məhəmmədrəsul həmin gün orta dərəcəli sərxoş vəziyyətdə marşrut avtobusunda sərnişin qismində olarkən digər sərnişin Rafiq ilə aralarında yaranmış sözlü mübahisəni aydınlaşdırmaq məqsədilə həmin gün saat 22:00-da “Səməd Vurğun” adına istirahət parkının qarşısında marşrut avtobusundan düşüb, orada Rafikin onu təhqir etməsini cüzi səbəb kimi bəhanə gətirib. O, üzərindəki ov bıçağı ilə Rafiqin qarın nahiyəsindən bir dəfə vurub. 
Hadisəni törədən Məhəmmədrəsulun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmmədrəsul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər məhkum olunub, hazırda sol ayağı olmadığı üçün ikinci qrup əlildir:
“Hadisə günü tanışım Mübarizlə birlikdə "Xalqlar dostluğu" metrosunun yaxınlığında birlikdə adını xatırlamadığım kafelərdən birində yemək yedik və spirtli içki qəbul etdik. Bir qədər yeyib içdikdən sonra gəzişmək üçün "28 May" metrosunun ətrafında getmək qərarı aldıq. Avtobusla həmin ünvana yola düşdük. Avtobusda olan zaman bir nəfər şəxslə aramızda səbəbsiz mübahisə yarandı. Zərərçəkmiş Rafiq məni söydü. Mən də ona öz iradımı bildirdim. Səməd Vurğun parkına çatdıqda biz avtobusdan düşdük”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman saat təxminən 22:00 radələri olub: “Həmin şəxs məni qırağa çəkdi və mənə zərbə endirərək yerə yıxdı. Sonuncu üzərimə gəldikdə mən də belimdə olan bıçağı çıxararaq həmin şəxsin qarın nahiyəsinə bir ədəd zərbə endirdim. Bundan sonra ayağa qalxıb həmin ərazini tərk etməyə çalışdıq. Lakin polis əməkdaşları mənə yaxınlaşdı və məni polis bölməsinə dəvət etdilər”. 
Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirib ki, zərərçəkmiş şəxs onun ünvanına ardıcıl olaraq nalayiq ifadələr işlətməsinə və əlbəyaxa olduqlarına görə əsəbləşərək üzərində olan bıçaq ilə bir dəfə qarın nahiyyəsinə bıçaqla vurub: “Zərərçəkmiş şəxsi öldürmək fikri olmayıb. Əgər həmin şəxsi öldürmək fikrim olsaydı, Rafiqə əlavə bıçaq zərbələri vuraraq öldürə bilərdim. Buna görə mənə heç kim mane olmayıb. Hadisə vaxtı orada özüm, dostum Mübariz olub. Üzərimdə bıçaq gəzdirməkdə məqsədim o olub ki, ağzımda dişim olmadığında yeməkləri bıçaqla kiçik hissələrə bölüb yeyim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məhəmmədrəsulun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 4 il sınaq müddəti olmaqla 6 il 3 ay müddətinə şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 May 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri